Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6196

Digər sorğular

Brilliant Dadaşovadan Rasim Balayevə irad: “Belə sərt danışmazlar”

22:33  |    08 Mart 2019  |   E-mail  |  Çapa göndər


Xalq artisti Brilliant Dadaşova Rasim Balayevə irad bildirib.

Axşam.az xəbər verir ki, buna səbəb Balayevin Şəfiqə Məmmədova barədə yerli mediada söylədiyi sərt fikirlər olub.

Dadaşova aktrisanın tənqid edilməsini düzgün hesab etməyib:

“Rasim Balayevin başımızın tacı, dəyərli aktrisamız Şəfiqə Məmmədovanın ünvanına söylədikləri məni məyus etdi. Rasim Balayev kimi dəyərli aktyorlarımız azdır. Bəlkə bu sözləri söylədikləri zaman ruh halı yaxşı olmayıb. Şəfiqə Məmmədova 30 il səhnədə olub, 50 ildir oranı tərk edib. 80 yaşı olduğunu düşünsək belə hesablar düz gəlmir, 1 yaşından səhnəyə çıxmayıb ki? Nəsimi filmində “Səni bu hüsnü-camal ilə, kamal ilə görüb, qorxdular haqq deməyə, döndülər insan dedilər” deyən aktyor heç bir xanım haqda belə sərt danışmaz. Şəfiqə xanım universitetdə müəlliməm olub. Onun haqda yazılanları oxuyanda bildim ki, o, heç kimə cavab verməyəcək. Şəfiqə xanım mərd, sözün düzünü deməyi bacaran xanımdı. Mən də bunu ondan öyrənmişəm. Onu həmişə Sofi Lorenə bənzətmişəm. Amma biz onu dünyaya çıxarda bilmədik. Halbuki səhnə mədəniyyəti və aktrisalıq qabiliyyəti ondan çox yüksəkdir. Şəfiqə Məmmədova gücdür, qüvvədir. Pərdə arxasında olsa belə mədəniyyətimiz və tariximiz üçün çox iş görür”.

Qeyd edək ki, Rasim Balayevlə Şəfiqə Məmmədova arasında olan qalmaqal incəsənət və mədəniyyət nümayəndələrinin Prezidentlə görüşündən sonra baş tutub.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.03.2019
Prezident daha bir aktyora ev bağışladı
11.03.2019
Fuad Poladovun oğlu nişanlandı
10.03.2019
Azərbaycan gülüşünün milli brendi - Nəsibə Zeynalova
09.03.2019
Azərbaycanı "Eurovision 2019"-da Çingiz Mustafayev təmsil edəcək
08.03.2019
Şəmistan Əlizamanlının "Diriliş Ərtoğrul"da ifası rekord qırdı - Video