Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6319

Digər sorğular

Tereşkova Sara Qədimovanı necə xilas etdi?

15:25  |    06 Mart 2019  |   E-mail  |  Çapa göndər


Bu gün dünyanın ilk qadın kosmonavtı Valentina Vladimirovna Tereşkovanın doğum günüdür.

Kult.az xatırladır ki, o, 1937-ci il martın 6-da keçmiş SSRİ-nin Yaroslavl vilayətində anadan olub. Fəhlə-gənclər məktəbinin axşam şöbəsində təhsil alan Valentina həmin dövrdə Orduya, Aviasiyaya və Donanmaya Könüllü Yardım Cəmiyyəti nəzdindəki təyyarəçilik klubunda paraşütlə tullanmaq təlimi keçib və bu onun kosmonavt kimi yetişməsində mühüm rol oynayıb.

SSRİ Yuri Qaqarini kosmosa göndərdikdən sonra daha bir yenilik edərək, bir qadını kosmik səyahətə yollamaq istəyirdi. Gərgin keçən proseslərdən sonra namizədlər arasından Valentina Tereşkova seçilir. Onu Sov İKP Baş katibi Nikita Xruşşov seçir. Xruşşovun fikrincə, Tereşkova ideal sovet qadınının xüsusiyyətlərini özündə cəmləşdirmişdi: etibarlı bir kommunist, orta təbəqəyə məxsus bir fəhlə və “yaxşı” bir qız idi. Daha vacibi isə Tereşkovanın əldə edəcəyi şöhrətə uyğun cazibədarlığının olması idi. “Dünya mətbuatında cazibədar şəkilləri dərc edilən bir qəhrəman! Bir sovet qadını”. Bu fikir qulağa olduqca xoş gəlirdi.

Beləliklə, Tereşkova tarixə doğru nəhəng bir addım ataraq, 1963-cü il iyunun 19-da “Vostok 6” gəmisi ilə kosmosa uçur və 71 saat ərzində dünyanın ətrafında 48 dəfə dövr edir.

Başına gələnlərə baxmayaraq, o, “Vostok-6” gəmisiylə üç günlük kosmik səyahətini başa vurur və adını dünya tarixinə ilk qadın kosmonavt kimi yazdırır. Elə həmin il Sovet İttifaqı Qəhrəmanı adına layiq görülür.

Valentina Tereşkovanın azərbaycanlı sənətçilərlə, siyasilərlə yaxşı əlaqələri olub. Onun dostluq etdiyi məşhur azərbaycanlılardan biri də görkəmli müğənnimiz Sara Qədimova idi.

Onlar 1963-cü ildə İndoneziyaya gedən sovet nümayəndə heyətinin tərkibində yer almış və bu səfər müddətində dostlaşmışdılar.

Bu dostluq sonradan Sara xanımın həyatını xilas edir. Belə ki, 1965-ci ildə Sara Qədimova avtomobil qəzasına düşərək ağır xəsarət alır. Rəfiqəsi Valentina Tereşkova bu xəbəri eşidən kimi Moskvanın məşhur travmatoloqu Trapeznikovu Bakıya göndərir. Müalicə uğurlu olur.

82 yaşlı Valentina Tereşkova hazırda siyasi fəaliyyətlə məşğuldur. O, 2011-ci ildən Rusiya Dövlət Dumasının deputatıdır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
27.04.2019
Narkotik satıcısı sahibini polislərə qarşı xəbərdar edən tutuquşu belə cəzalandırıldı
10.03.2019
Bir şəklin tarixçəsi - Brejnevin azərbaycanlı imperatriçəyə heyran olmağı...
04.02.2019
“WhatsApp”dan YENİLİK
02.02.2019
Zabit Səmədov “Diriliş Ertuğrul”un çəkiliş meydanında - Fotolar
29.01.2019
SSRİ-nin alman casus admiralı - Yeltsinin xahişi ilə azad edilir