Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6319

Digər sorğular

Ruhun şad olsun, Fərman Kərimzadə!

12:47  |    03 Mart 2019  |   E-mail  |  Çapa göndər


Ötən əsrin 80-ci illərinin gəncləri onun kitablarını acgözlüklə oxuyurdu.

İlk dəfə Şah İsmayıl Xətaini bizə o, tanıtdırdı, Abbasqulu ağa Şadlinskini o, sevdirdi. Əsərləri çoxumuzun evində masaüstü kitab idi. Onu yaxından görməyi, onunla ünsiyyətdə olmağı hər bir kitabsevər arzulayırdı...

Bəli, Fərman Kərimzadə Azərbaycanın sevilən yazarlarından biri olub. O, 1937-ci ildə Vedi rayonunun Böyük Vedi kəndində dünyaya gəlmişdi. İbtidai təhsilini doğma yurdda alsa da, orta məktəbi Beyləqan rayonunun Şahsevən kəndində bitirmişdi. 1955-1960-cı illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində oxumuşdu...

Yaşadığı müddətdə bir sıra informasiya vasitələrində çalışıb.

Yaradanın işinə qarışmaq olmaz, hər kəsə var olmaq üçün möhlət verib. Biz ona ömür deyirik. Xoşbəxt o kəslərdir ki, ömrünü xalqa xərcləyə bilir, özündən sonra yadigar saxlamağı bacarır.
"Çaldıran döyüşü", "Xudafərin körpüsü", "Təbriz namusu", "Qarlı aşırım", "Qoca qartalın ölümü" və sair məşhur əsərlər də ondan yadigar qalıb…

Fərman Kərimzadə 1989-cu il mart ayının 17-də, 52 yaşında vəfat edib. Yaşasaydı martın 3-də 82 yaşını qeyd edəcəkdi. Ruhu şad olsun!

Elman Eldaroğlu,
ABŞ, Miçiqan
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.04.2019
Əfsanəvi kəşfiyyatçı Raquf Orucova həsr edilmiş “Komandir” romanının təqdimatı olub
13.04.2019
Özbəkistanda şair Fərid Hüseynin “Səmərqənd divanı” adlı kitabı çap olunub
09.04.2019
Çingiz Abdullayev “Şərəf” ordeni ilə təltif edilib
06.04.2019
Gənc şairlər Musa Yaquba görə AYB-ni “topa tutdular” - qalmaqal
04.04.2019
Deyəndə ki, Səməd Vurğun xəyanətkardır... - Elçin