Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6265

Digər sorğular

“Laçın” tankeri suya buraxılıb - VİDEO

22:22  |    21 Fevral 2019  |   E-mail  |  Çapa göndər


Azərbaycanda inşa edilən ilk tanker bu gün Xəzər dənizinə buraxılıb.

Neft daşınması üçün nəzərdə tutulan tanker ''Bakı Gəmiqayırma'' zavodunda inşa edilib.

Növbəti iki il ərzində daha iki belə tankerin də inşası üçün müqavilə imzalanıb.

Xezerxeber.az-ın məlumatına görə, 1300 nəfərlik heyətlə, 860 min saatlıq gərgin iş nəticəsində ərsəyə gələn Azərbaycan istehsalı ilk tanker bu gün təntənəli mərasimlə Xəzər dənizinə buraxılıb.

11 nəfərlik heyətlə idarə ediləcək bu tankerin hündürlüyü 6 metrdir, hər biri 9190 kubmetr olan 6 yük tankına malikdir.


Gəminin suya endirilməsi mərhələsində iştirak edən iqtisadiyyat naziri Şahin Mustafayev bu tankerin neftin daşınmasında böyük rol oynayacağını bildirib.


"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Cəhmdar Cəmıyyətinin sədri Rauf Vəliyev isə hazırda 'Laçın'' tankerindən əlavə, "Bakı Gəmiqayırma" zavodunda daha 3 gəminin inşa edildiyini və donanmanın daha da genişləndiriləcəyini bildirib.

Bu gün həm də ''Xəzər Dəniz Gəmiçiliyi'' ilə ''Bakı Gəmiqayırma'' zavodu arasında 2021-ci ilə qədər eyni tipli daha iki tankerin inşa edilməsi ilə bağlı müqavilə də imzlanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.04.2019
Sabahın HAVA PROQNOZU
19.04.2019
İşəgötürən əməyin mühafizəsi məqsədilə işçiləri fərdi mühafizə vasitələri ilə təmin etməlidir
19.04.2019
Müdafiə naziri HHQ-nin təlim-məşq mərkəzinin açılışında iştirak edib - VİDEO
18.04.2019
Fuad Qəhrəmanlının qızına küçədə hücum edən şəxs saxlanılıb - RƏSMİ
18.04.2019
Konstitusiya Məhkəməsi sədri və hakiminin maaşı artırılıb