Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6196

Digər sorğular

Dünyaca məşhur alimdən xoşbəxtliklə bağlı 10 möhtəşəm formul

23:31  |    20 Fevral 2019  |   E-mail  |  Çapa göndər


“Mənim ən yaxşı teoremim xoşbəxtlik haqqında formuldur”.

Publika.az xəbər verir ki, bu sözlər dünya şöhrətli alim və Nobel mükafatçısı Lev Landauya aiddir.

Mükəmməl fizik, akademik, Nobel mükafatı laureatı hesab edir ki, onun ən faydalı teoremi "xoşbəxtlik formulu" ilə bağlı fikirləridir. Nüfuzlu bir alim üçün qəribə bir mövzudur, elə deyilmi? Ancaq Landau belə düşünmürdü, o, xoşbəxtlik barədə açdığı formula çox ciddi yanaşırdı. "Əgər bu barədə hər kəs mənim kimi ciddi düşünsəydi, həyat daha asan olardı", - deyə bildirirdi.

Landaunun xoşbəxtlik formulu üç əsas elementdən ibarət idi. Əminəm ki, alimin xoşbəxt olmağın yolları barədə açdığı sirr çoxları üçün maraqlıdır. Axı xoşbəxt olmaq ömrün bütün dövrlərində, illərin bütün fəsillərində, ayların və həftələrin bütün günlərində, günün isə istənilən saatları üçün aktualdır. Gözlənilmədən qəlbimizə qonan xoşbəxtliyi istənilən vaxt və istənilən yerdə məmnuniyyətlə qarşılamağa hazırıq. Xoşbəxtlik ruhun tez-tez möhtac olduğu qanadlarıdır. Odur ki, oxucuları alimin bu barədə səsləndirdiyi fikirlərlə tanış etməyə dəyər.

Lev Landau xoşbəxtliyin sadə və bir o qədər də parlaq formulunu irəli sürürdü. Onun fikrincə, hər bir insanın xoşbəxt olması üçün bərabər nisbətdə üç komponent lazımdır: iş, sevgi, insanlarla ünsiyyət. İşi Landau ilk sıraya qoyurdu. O, insan həyatında əməyin ən vacib şey olduğuna inanırdı. Onun sözlərinə görə, bu, o qədər aşkar faktdır ki, sübut tələb etmir.

Landau sevgiyə də çox ciddi yanaşırdı. O, həqiqətən əmin idi ki, insanlar xoşbəxt olduğu zaman ən azı 30% məhəbbət ötürür. Odur ki, hər kəs öz sevdiklərini xoşbəxt etmək üçün səy göstərməlidir. Landau həyat yoldaşı haqqında deyirdi: "İlk vəzifəm onu xoşbəxt etməkdir. Xanımı xoşbəxt olmayan bir kişi özü heç vaxt xoşbəxt ola bilməz”.

Landau formulunun sonuncu bəndi insanlarla daha çox ünsiyyət qurmağı nəzərdə tuturdu. Bu maddəni Landau öz üzərində tətbiq edirdi. Onun çoxlu dostları və tanışları var idi, axşamlar evinin qapıları bağlanmır, birini qonaq qarşılayır, digərini isə yola salırdı. Evi daim zarafatlar və qəhqəhələr dolu, əyləncəli və səs-küylü idi. Onun həyatı fırtınalı idi, günün birinci yarısında çox ciddi elmi işlərlə məşğul olan alim günün ikinci yarısını əylənməyə, deyib-gülməyə həsr edir və həyatdan zövq almağa çalışıraq keçirirdi.

Aforizmləri

1. Xoşbəxt görünmək özünü bədbəxt hiss etməkdən daha faydalıdır.

2. İnsanın başlıca məqsədi xoşbəxtliyə çatmaqdır, o, xoşbəxtlik üçün səy göstərməli, bu yolda mübarizə aparmalı və heç bir halda imtina etməməlidir.

3. Qəm-qüssəli adam itirilmiş şəxsdir. Bədbəxtlik insanı bir bataqlıq kimi özünə tərəf çəkir, lakin bəziləri vəziyyəti aydınlaşdırmaq yerinə ümidsizliyə düçar olur və oradan çıxmaq istəmir.

4. Çoxları bədbin düşüncələri özündən uzaqlaşdırır, hətta bu barədə düşünmürlər. Həyatın qarşına çıxardığı şərtlər arasında doğru seçim etmək bacarığı hər kəsə qismət olmur. Burada ən başlıcası hadisələri təhlil etmək vərdişini inkişaf etdirmək, xoşbəxt olmağa və həyatdan zövq almağa mane olan səbəbinin köklərini tapmaqdır. Bu xüsusiyyətləri mənimsəyən insanlar üçün yaşamaq və doğru qərarlar qəbul etmək daha asandır.

5. Bədbəxt, uğursuz, zərərçəkmiş və ümumiyyətlə qüssə-kədər mənə uyğun deyil. Mənim başqa planlarım var.

6. İnsanlar inad edir və anlamaq istəmir ki, xoşbəxtlik qəlbimizdə gizlidir. Bəziləri çox sadə məsələləri ağırlaşdırmağı sevir, mən isə əksinə, hər zaman sadəliyin tərəfdarıyam. Çətin və əziyyət konsepsiyasını qarışdırmaq olmaz. Düşünməyi, təhlil etməyi, ən əsası öz düşüncələrini idarə etməyi öyrənmək lazımdır. Belə olan halda qorxularınız sizi boş yerə narahat etməyəcək.

7. Hər bir işi ehtiras və şövqlə yerinə yetirin. Bu, həyatı dəhşətli dərəcədə gözəlləşdirir.

8. Bu dünyada ən ağır günah darıxmaqdır. Vaxtı darıxmağa sərf etməyin. Qiyamət günündə Allah sizi sorğuya çəkəcək və deyəcək: “Niyə həyatın sənə verdiyi imkanlardan faydalanmadın? Niyə darıxdın?”

9. Hər kəsin kifayət qədər gücü var ki, layiqli ömür yaşasın. Çətin dövrdə yaşadığınızla bağlı gətirdiyiniz bütün əsaslar hərəkətsizliyinizə, tənbəlliyinizə və digər müxtəlif ümidsizliyinizə haqq qazandırmaq üçün uydurulmuş hiyləgər bir üsuludur. Odur ki, işləmək lazımdır, bir də baxıb görəcəksən ki, hər şey dəyişib...

10. Bir dəfə yaşayırıq, həyat hər kəsə bir dəfə verilir, bu isə çox azdır. Odur ki, həyatı daha parlaq, rəngarəng və maraqlı etmək üçün hər anın qiymətini bilməliyik.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.03.2019
Antalyadan Bakıya birbaşa uçuşlar olacaq
18.03.2019
Papaq atmaq - Papağı qeyrət, namus simvolu sayanların ETİRAZI
18.03.2019
Övladlığagötürmə ilə bağlı yeni qaydalar hazırlanır
17.03.2019
Milli Qəhrəmanın qardaşı başqa cür ola da bilməz...
16.03.2019
Reabilitasiya kursu keçən uşaqlar üçün Novruz şənliyi təşkil edilib