Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6265

Digər sorğular

İdlib əməliyyatı buna görə gecikir - Video

14:47  |    20 Fevral 2019  |   E-mail  |  Çapa göndər


Türkiyə, Rusiya və İranın İdlibdə birgə əməliyyata başlaması ehtimalı olduqca azdır.

Bu sözləri Axar.az-a açıqlamasında beynəlxalq hüquq üzrə professor, politoloq Fərhad Mehdiyev deyib. Politoloq birgə İdlib əməliyyatının mümkünsüzlüyünü ilk növbədə sözügedən dövlətlərin mövqeyinin uzlaşmaması ilə əlaqələndirib:

“İran bölgəyə dair tamamilə başqa mövqe yürüdür, Rusiya öz maraqlarını İran və Suriyanınkı ilə uzlaşdırır. Türkiyənin maraqları isə çoxtərəflidir. Buna görə də bu üç qüvvənin İdlibdə birgə əməliyyata başlaması ehtimalı olduqca azdır. Digər tərəfdən Rusiya hələ də Türkiyənin islami qüvvələrə bu və ya digər şəkildə dəstək verdiyini düşünür. Düzdür, Türkiyə əvvəllər İdlibdə Əsədə qarşı olan qüvvələri radikal müxalifət hesab etmirdi, ancaq sonradan bu mövqeyini dəyişdi. Təbii ki, Türkiyənin mövqeyini dəyişməsi səbəbsiz deyil. Ərdoğanın mesajına diqqət yetirdinizsə, o bildirdi ki, Türkiyə üçün əsas vacib məqam İdlib xalqının rahatlığıdır. Əslində, Moskva və Tehran Ankaranın bu prosesdə iştirakını sadəcə Əsədə yaxın qüvvələrin qorunması kimi qiymətləndirirlər. Bu isə Rusiya və İranın Türkiyəyə yaşıl işıq yandıracağı anlamına gəlmir”.

Politoloq əslində, Türkiyənin də İdlibdə əməliyyatlara başlamaq istəmədəyini bildirib:

“Türkiyə daha çox bu bölgədə mümkün əməliyyatların qarşısını almaq istəyir və məhz bu səbəblə əməliyyatlara qatılmaq niyyətində olduğunu açıqlayıb. Üstəlik, Türkiyə Rusiya və İranın ona imkan verməyəcəyini bilir, bu səbəbdən də zamanı uzadır”.

F.Mehdiyev Suriya məsələsinin həllində ən ciddi sıxıntılardan birinin ASO-nun taleyi ilə bağlı olduğunu deyib:

“Əslində, Rusiya və İran birinci ASO-nun təhlükəsizliyi, ikinci isə YPG və PYD ilə bağlı Ankaraya dəqiq zəmanət versə, Türkiyə Əsəd hökuməti ilə razılaşar”.

Qeyd edək ki, Rusiya, Türkiyə və İran liderləri fevralın 14-də Soçidə İdlibə mümkün əməliyyatla bağlı mövzuları müzakirə ediblər.

Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.04.2019
Nursultan Nazarbayev Avrasiya İttifaqının fəxri sədri ola bilər
18.04.2019
Robert Kocaryanı ömürlük həbs gözləyir
18.04.2019
Ermənistanda daha bir hərbçi öldü
17.04.2019
Azərbaycanlı polkovnikə ABŞ ordusunda yüksək vəzifə verildi (FOTO)
17.04.2019
“Türkiyənin NATO üzvlüyü sual altına qoyula bilməz” – Ankara