Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6263

Digər sorğular

Sahil Babayevdən pensiya artımı ilə bağlı - Açıqlama

21:47  |    18 Fevral 2019  |   E-mail  |  Çapa göndər


Martın 1-dən Azərbaycanda əmək pensiyalarının minimum məbləği 160 manat təşkil edəcək.

Teleqraf.com əbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2019-cu ildə pensiyaların minimum məbləğinin artırılması ilə bağlı tədbirlərin görülməsi və pensiyaların indeksləşdirilməsinə əlavə olaraq 139 mln. manat yönəldəcək.

Nazir Sahil Babayevin sözlərinə görə, əmək pensiyasının minimum məbləğinin 116 manatdan 160 manatadək artırılması haqqında Azərbaycan prezidentinin sərəncamının yerinə yetirilməsi məqsədilə Dövlət Sosial Müdafiə Fondu bu il əlavə 49 mln. manat, pensiyaların indeksasiyası üzrə tədbirlərin həyata keçirilməsinə isə 90 mln. manat ayıracaq.

Nazir bildirib ki, minimum pensiya məbləğinin artırılması ümumilikdə 233 min pensiyaçını, o cümlədən 140 min nəfər əlilliyə görə pensiya alan şəxsi əhatə edəcək.

“Əmək pensiyasının minimum məbləği martın 1-dən 38% artırılaraq 116 manatdan 160 manata çatdırılacaq. Minimum pensiya məbləğinin artırılması 233 min pensiyaçını əhatə edəcək. Onlardan 9 min nəfərin pensiyasında 93% (75 manat), 26 min nəfərin pensiyasında 30% (37 manat), 74 min nəfərin pensiyasında 16% (27 manat) artım olacaq”, - deyə S.Babayev qeyd edib.

O deyib ki, bu, Azərbaycana MDB ölkələri arasında minimum pensiya məbləğinə görə Qazaxıstanla ilk iki yeri bölüşdürməyə imkan verəcək.

“Dünən Milli Məclisin komitəsində pensiyanın minimum məbləğinin artırılmasına dair prezidentin təklifinə baxılıb. Biz parlamentin fevralın 19-da keçiriləcək plenar iclasında bu qanun layihəsinin təsdiq ediləcəyini gözləyirik” - deyə, S.Babayev qeyd edib.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.04.2019
Əlil arabası ilə təmin olunmaq üçün müraciət proseduru sadələşdirilir
16.04.2019
Sosial müavinət və təqaüdlərin verilməsinə yönələn illik vəsait 2 dəfə artırılacaq - NAZİRLİK
15.04.2019
ƏƏSMN-nin mərkəzləşdirilmiş informasiya sistemində yeni elektron xidmətlər yaradılıb
15.04.2019
Dövlət Məşğulluq Xidməti və Gənclər Fondu Gənclərin Məşğulluğu Proqramına başladı
12.04.2019
Nazir Qəbələdə təsərrüfatlarla tanış oldu