Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6263

Digər sorğular

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Uğur-2018” Milli Mükafatına layiq görülüb

19:31  |    18 Fevral 2019  |   E-mail  |  Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Consulting&Business” jurnalı tərəfindən “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət siyasətinin həyata keçirilməsində əldə olunan nailiyyətlərə görə” nominasiyası üzrə “Uğur-2018” Milli Mükafatına layiq görülüb.

Mükafat nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbova təqdim edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mükafata layiq görülməsinin əsasında ötən il nazirliyin həyata keçirdiyi mühüm sosial müdafiə və aktiv məşğulluq tədbirləri, əhaliyə xidmətlərin müasir iş prinsiplərinə uyğun və şəffaf təşkili üçün aparılan islahatlar dayanır.

F.Talıbov Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq nazirlik tərəfindən əmək, məşğulluq, sosial müdafiə sahələrində şəffaflıq və sosial ədalət, innovativ yanaşma prinsiplərinin təmin olunmasına yönələn genişmiqyaslı islahatlar proqramı, sosial müdafiə və aktiv məşğulluq tədbirləri barədə məlumat verib. O, nazirliyin mükafata layiq görülməsinə görə ““Consulting&Business” jurnalının İdarə Heyətinə minnətdarlığını ifadə edib.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, tədbirdə nazirliyin ötən il həyata keçirdiyi islahatları və əhalinin sosial müdafiəsinin gücləndirilməsi, həssas qrupların rifah halının yaxşılaşdırılması istiqamətində gördüyü işləri əks etdirən videoçarx nümayiş olunub. Qeyd edilib ki, dövlət sosial xidmətləri sahəsində yeni keyfiyyət mərhələsinə keçidi təmin edən mühüm bir layihənin - nazirliyin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) və “DOST” mərkəzlərinin yaradılmasına başlanması ötən ilin mühüm uğurlarındandır. Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı əsasında və birinci xanım Mehriban xanım Əliyevanın təşəbbüsü olaraq reallaşdırılan “DOST” layihəsi dövlət sosial xidmətlərinin innovativ yanaşmalar əsasında modern və çevik, tam şəffaf mexanizmlər üzərində, vahid platformadan, “bir pəncərə”dən göstərilməsinə, ölkəmizin bu sahədə yeni brendinin formalaşmasına imkan verəcək.

Ötən il şəhid ailələri və müharibə əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626, ümumilikdə indiyədək 6654 mənzil təqdim edilib. Cari ildə isə azı 800 mənzil həmin kateqoriyadan olanlara veriləcək. Həmçinin keçən il Qarabağ müharibəsi əlillərinə 265 minik avtomobili, ötən dövrdə isə 6144 avtomobil verilib.

Ölkə başçısının humanist təşəbbüsü ilə şəhid vərəsələrinə 11 min manat birdəfəlik ödəmənin verilməsinə başlanılması 2018-ci ilin mühüm sosial önəm kəsb edən tədbirlərindən biri olub. 12 min 268 şəhiddən artıq 3758-nin 5144 vərəsəsinə birdəfəlik ödəmə verilib və bu proses cari il ərzində başa çatacaq. Dövlətimizin başçısının 2019-cu il 30 yanvar tarixli Fərmanı ilə şəhid ailəsi üçün Prezidentin təqaüdünün aylıq məbləğinin 58 manat artırılaraq 2019-cu il fevralın 1-dən 300 manata çatdırılması da həmin ailələrə yüksək qayğının təzahürü olub.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə icra olunan özünüməşğulluq proqramının əhatə dairəsi ötən il 6,5 dəfə genişləndirilərək 7,3 minə yaxın aztəminatlı ailəni əhatə edib. Onlardan 5800-ü aktivlərlə (mal və materiallarla) təmin olunaraq kiçik biznesə çıxış imkanı əldə edib. Bu il daha 7-8 min aztəminatlı ailə bu proqrama cəlb olunacaq.

Dövlət başçısının təşəbbüsü ilə hazırlanaraq cari ilin əvvəlindən icrasına başlanan “İşsizin DOSTu” proqramı 30 min işsiz və işaxtaran şəxsin əmək müqaviləsi əsasında ödənişli ictimai işlərlə təminatına imkan verib. Onlardan artıq 25 mindən çoxu ictimai-faydalı xarakter daşıyan işlərlə təmin olunub. Ölkə başçısının tapşırığı ilə nazirlik tərəfindən bu ilin əvvəlindən pensiya təyinatının avtomatlaşdırılmış infrastrukturu fəaliyyət göstərir.

Qeyd edək ki, mükafatın əsas məqsədi uğurlu iş təcrübələri ilə seçilən qurumların, şirkətlərin nailiyyətlərini qiymətləndirmək və cəmiyyətin diqqətinə çatdırmaqdır.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.04.2019
Əlil arabası ilə təmin olunmaq üçün müraciət proseduru sadələşdirilir
16.04.2019
Sosial müavinət və təqaüdlərin verilməsinə yönələn illik vəsait 2 dəfə artırılacaq - NAZİRLİK
15.04.2019
ƏƏSMN-nin mərkəzləşdirilmiş informasiya sistemində yeni elektron xidmətlər yaradılıb
15.04.2019
Dövlət Məşğulluq Xidməti və Gənclər Fondu Gənclərin Məşğulluğu Proqramına başladı
12.04.2019
Nazir Qəbələdə təsərrüfatlarla tanış oldu