Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6321

Digər sorğular

Avstriya rəsmisi Azərbaycan Dövlət Tərcümə Mərkəzində

12:10  |    18 Fevral 2019  |   E-mail  |  Çapa göndər


Avstriyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Bernd Aleksander Bayerl xanımı Natalya Bayerl ilə Azərbaycan Dövlət Tərcümə Mərkəzində olub.

Qaziler.az bildirir ki, görüş zamanı Azərbaycan – Avstriya ədəbiyyatlararası əlaqələrindən, Azərbaycan dilinə tərcümə edilərək nəşr edilmiş R.M.Rilke, Robert Muzil, Ştefan Svayq, Frans Kafka, Yozef Rot, Elias Kanetti, Yura Zoyfer, İlze Ayxinqer, Tomas Bernhard, Peter Handke kimi tanınmış Avstriya ədiblərinin əsərlərindən, Azərbaycan ədəbiyyatının almandilli ölkələrdə tanıdılması və təbliği istiqamətində alman dilinə tərcümə edilərək, Frankfurtda işıq üzü görmüş “Sirr – Azərbaycan hekayələri” kitabından söz açılıb.

Bernd Aleksander Bayerl: “Sizin Mərkəz bu sahədə, həqiqətən, böyük işlər görür.
Alman dilinə tərcümə və nəşr edilmiş bu kitabın Avstriyada da yayımına böyük ehtiyac var.

Bu gün Avstriyada Sizin ölkənizə, ədəbiyyatınıza böyük maraq, ayrı sözlə desək, bir
informasiya qıtlığı var. Bu mənada, kitaba maraq böyük olacaq. Kitabın Vyanada geniş
təqdimatının keçirilməsi, ölkə kitabxanalarına, universitetlərinə yerləşdirilməsi ilə bağlı təklifləriniz təqdirəlayiqdir və səfirlik olaraq, bu sahədə Mərkəzə mümkün köməklik göstərməyə hazırıq”.

Görüşün sonunda səfirə Almaniyada işıq üzü görmüş “Sirr – Azərbaycan
hekayələri” kitabı hədiyyə edilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
25.05.2019
Musa Yaqubun oğlu: “Sərəncamı oxuyub çox sevindik”
25.05.2019
Ramiz Rövşən və Musa Yaquba Xalq şairi adı verilib
20.04.2019
Əfsanəvi kəşfiyyatçı Raquf Orucova həsr edilmiş “Komandir” romanının təqdimatı olub
13.04.2019
Özbəkistanda şair Fərid Hüseynin “Səmərqənd divanı” adlı kitabı çap olunub
09.04.2019
Çingiz Abdullayev “Şərəf” ordeni ilə təltif edilib