Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6144

Digər sorğular

Cəfər Xəndanın oğlu vəfat etdi

12:05  |    14 Fevral 2019  |   E-mail  |  Çapa göndər


Bakı Dövlət Universitetinin Rus ədəbiyyatı tarixi kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor Aqil Cəfər Xəndan oğlu Hacıyev rəhmətə gedib.

Bakı Dövlət Universitetindən Axar.az-a verilən məlumata görə, Aqil Hacıyev 10 avqust 1947-ci ildə anadan olub. 1965-1970-ci illərdə BDU-nun Filologiya fakültəsində təhsil alıb.

1973-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasını bitirib və həmin il namizədlik dissertasiyasını müdafiə edib. Həmin ildən BDU-nun Rus ədəbiyyatı tarixi kafedrasında müəllimlik fəaliyyətinə başlayıb və kafedrada müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb.

1982-ci ildə doktorluq dissertasiyası müdafiə edib. Filologiya fakültəsinin dekanı (1990-1992) vəzifəsində işləyib.

1987-ci ildən Yazıçılar Birliyinin üzvü, 1993-cü ildə Ankaradakı Türk Folklor Qurumunun fəxri üzvü, 2003-cü ildə Tiflis Beynəlxalq Sosial-iqtisadi Akademiyasının həqiqi üzvü və Sankt-Peterburq Pyotr Elm və İncəsənət Akademiyasının müxbir üzvü seçilib. 2009-cu ildə “Şöhrət” ordeni ilə təltif edilib.

Müxtəlif illərdə Ali Attestasiya Komissiyasının eksperti, AAK-da Humanitar və ictimai şöbənin müdiri, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında Ekspert Şurasının sədri olub.

Allah rəhmət eləsin!
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.02.2019
Sabahın HAVA PROQNOZU
21.02.2019
Siyavuş Novruzov: “Hələ ki tövbə qapıları açıqdır”
20.02.2019
BŞİH Milli Şuranın 23 fevral mitinqinə icazə verməyib
20.02.2019
Bir şəklin tarixçəsi: Elçibəy niyə özünün deyil, jurnalistin maşınında gəzirdi?..
20.02.2019
Artur Rasizadə sükutu pozdu: “Nəticələrimlə oynayıram”