Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6144

Digər sorğular

Şəhid təyyarəçiyə mahnı həsr olundu - Şəmistan Əlizamanlının ifasında - VİDEO

11:17  |    14 Fevral 2019  |   E-mail  |  Çapa göndər


Fevralın 14-də anadan olan şəhid təyyarəçi, baş leytenant Yusif Vəliyevə mahnı həsr olunub

Qaziler.az bildirir ki, "Bir igid var idi" adlı mahnının sözləri şəhidin həyat yoldaşı Arzu Nehrəmliyə, musiqisi hərbi-vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlıya aiddir. Mahnını Şəmistan Əlizamanlı ifa edir.

Şəhid təyyarəçi, baş leytenant Yusif Yaqub oğlu Vəliyev 1968-ci il fevralın 14-də Nehrəm kəndində doğulub. 1985-ci ildə Nehrəm kənd orta məktəbini əla qiymətlərlə bitirib. 1985-1990-cı illərdə Riqa Ali Hərbi Aviasiya Akademiyasında təhsil alıb. Təhsilini başa vuran Yusif Vətənin dar günündə vətəni Azərbaycana dönərək, doğulduğu Naxçıvan torpağında xidmət etməyə başlayıb.

1992-ci ildə Vətən uğrunda gedən döyüşlərdə qəhrəmanlıq və şücaət nümunəsi göstərən Vəliyev Yusif Yaqub oğlu 1992-ci ilin mayın 12-də şəhidlik zirvəsinə ucalmışdır.

Şəhidimizin Nehrəm kəndindəki Şəhidlər Xiyabanında büstü ucaldılıb.

Xalqımız hər zaman Yusif kimi oğulları ilə fəxr etmiş və edəcəkdir.

Qaziler.az



Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.02.2019
Sabahın HAVA PROQNOZU
21.02.2019
Siyavuş Novruzov: “Hələ ki tövbə qapıları açıqdır”
20.02.2019
BŞİH Milli Şuranın 23 fevral mitinqinə icazə verməyib
20.02.2019
Bir şəklin tarixçəsi: Elçibəy niyə özünün deyil, jurnalistin maşınında gəzirdi?..
20.02.2019
Artur Rasizadə sükutu pozdu: “Nəticələrimlə oynayıram”