Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6144

Digər sorğular

“Vətəndaşla TSEK arasında heç bir kontakt baş vermir” - Nazirlik rüşvət məsələsinə aydınlıq gətirdi

21:34  |    13 Fevral 2019  |   E-mail  |  Çapa göndər


Əlilliyin qiymətləndirilməsində vətəndaşla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında təmas yoxdur

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qaziler.az-a verilən məlumata görə, bir sıra sosial şəbəkə səhifələrində Cəfərov Vaqif Salman oğlu və Mustafayev Valeh Füzuli oğlunun onlara əlilik təyin olunması üçün rüşvət istənildiyinə dair iddiaları yayımlanıb. Bununla əlaqədar bildiririk ki, əlillik təyin olunması üçün vətəndaşın Tibbi-Sosial Ekspert Komissiyasına (TSEK) müraciət etməsi, onun TSEK-də əyani müayinə olunması praktikası hazırda mövcud deyil. Yəni indi heç kim ona əlillik təyin olunması üçün TSEK-ə müraciət etmir, əlillik qrupunun verilməsi prosesində vətəndaşla TSEK arasında heç bir kontakt baş vermir.

Bu proses elektron sistem tərəfindən həyata keçirilir. Belə ki, hər hansı şəxsin əlilliyinin qiymətləndirilməsi üçün müvafiq səhiyyə müəssisəsi tərəfindən Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminə göndəriş (forma 88) daxil edilir. Göndərişdə şəxsin kimliyi, hansı ünvanda yaşadığı, göndərişin hansı səhiyyə müəssisəsi tərəfindən verildiyi bilinmədən, yalnız göndərişdəki xəstəlik vəziyyəti əsasında bu və ya digər TSEK tərəfindən əlillik qiymətləndirilir və əlillik qrupunun təyin edilib-edilməməsi barədə qərar verilir. (Əgər şəxs bu qərardan narazı qalarsa, o zaman, müvafiq komissiya təşkil edilməklə, onun əlilliyinin qiymətləndirilməsi birbaşa özünün iştirakı ilə aparılmasına, əyani müayinəyə da şərait yaradılır.)

Qeyd olunanlara əlavə olaraq bildiririk ki, indiyədək V.Cəfərov və V.Mustafayevlə bağlı elektron sistemə hər hansı göndəriş daxil olmayıb, eyni zamanda bu vətəndaşların Nazirliyə və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə hər hansı müraciətləri də olmayib. Səhiyyə müəssisəsi tərəfindən onlarla bağlı göndərişlər təqdim edildiyi təqdirdə əlilliyin qiymətləndirilməsi obyektiv şəkildə həyata keçiriləcəkdir.

Bir daha bildiririk ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən öz fəaliyyət sahələri üzrə xidmət sektorlarının şəffaflaşdırılmasına, vətəndaş məmnunluğunun təminatına yönələn islahatlar qarşıdakı dövrdə də davam etdiriləcək. Bu sahələrdə vətəndaşlarla ünsiyyətdə neqativ hallarla, rüşvət istənilməsi faktları ilə rastlaşan hər hansı vətəndaş 142-Çağrı mərkəzi və ya (012) 596 50 14 nömrələri ilə əlaqə saxlayaraq müraciət edə bilər. Hər bir belə müraciət ciddi şəkildə araşdırılacaq və nəticəsinə uyğun olaraq ciddi tədbirlər görüləcək.

Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.02.2019
“Qaçqınkom” Zabratda evi yanan köçkünlərə ev verəcək
19.02.2019
"Arzu edirəm ki, belə görüşlər davamlı olsun" - Qarabağ Qaziləri Birliyinin sədri Asəf Əliyev
19.02.2019
Nazir şəhid ailələri, qazilər və veteranlarla görüşdü - FOTOLAR - VİDEO
18.02.2019
Sahil Babayevdən pensiya artımı ilə bağlı - Açıqlama
18.02.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Uğur-2018” Milli Mükafatına layiq görülüb