Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6137

Digər sorğular

Azərbaycanı iki yerə parçalayan Türkmənçay

22:27  |    10 Fevral 2019  |   E-mail  |  Çapa göndər


Fevralın 10-da Azərbaycanı rusların və farsların əliylə ikiyə bölən “Türkmənçay” müqaviləsinin bağlanmasından 191 il ötür.

XIX yüzilin başlanğıcında Azərbaycan xanlıqlardan ibarət idi. Azərbaycan xanlarının çoxusu bir-birlərindən qorunmaq üçün qıraqdan özlərinə qəyyum axtarmağa başlamışdılar. Belədə İranla Rusiya fəlakətli durumdan ustalıqla yararlanaraq Azərbaycanı savaş meydanına çevirdilər.

1813-cü ildə Rusiya ilə İran arasında bağlanan “Gülüstan” sülh müqaviləsinin şərtlərini pozan tərəflər yenidən iki illik savaşdan sonra – 1828-ci il fevralın 10-da bağlanan “Türkmənçay” müqaviləsi ilə Azərbaycanın ərazisini Araz çayı sərhəd olmaqla quzeyə və güneyə böldülər. (Müqaviləni Rusiya tərəfindən İvan Paskeviç, İran tərəfindən isə Mirzə Əbdül Həsən xan imzalayıblar.) Bununla da son 200 illlik dönəmdə yurdumuzun həm güneyində, həm də quzeyində baş verən faciəli olayların yaranması üçün böyük, indiyə kimi davam edən milli fəlakətin özülü qoyuldu.

***

“Türkmənçay”dan öncə Azərbaycanın ərazisi 410 min kv. km olub. Bu müqavilə ilə Azərbaycan türklərinin bütöv tarixi torpaqları parçalandı və indi də özümüzə gələ bilmirik.

1991-ci ilin oktyabrında tarixi torpaqlarımızın bir parçasında müstəqil Azərbaycan dövlətini qurduq. Bu, bizim üçün indiki durumda böyük sərvətdir. Dövlətimizin olması əslində millətimizin – Azərbaycan türklərinin dünyada varlığının ən ali təsdiqidir. Ancaq müstəqillikdən sonra arxayınlaşma baş verdi, çağdaş dünyanın pulçuluq, təbəqəçilik, çoxrəylilik oyunları milli duyğuları üstələdi. Sonucda Azərbaycanın bütövləşməsi ilə bağlı ulusal duyğularımız qımıltıdan, sadəcə, istəkdən o yana getmədi...

***

Xalq bilməlidir ki, Türkmənçay faciəsi 20 Yanvar, Xocalı, ümumən Qarabağ faciəsindən min qat ağırdır və onların yaranmasının başlıca səbəblərindən biridir.
Bir-iki yazını çıxmaqla mətbuatda və telekanallarda nə “Gülüstan”, nə də “Türkmənçay” faciələri kimsənin yadına düşmür, gündəmə gətirilmir. Ona görə də “Türkmənçay” müqaviləsinin imzalandığı gün – 10 Fevral Azərbaycanın Parçalandığl gün kimi qeyd olunmalıdır. Hər il bu tarix kütləvi informasiya vasitələrində ayrıca olaraq bilinməli, təbliğ edilməlidir. Adıçəkilən faciə mövzusunda tədbirlər keçirilməli, ictimai mühitdə müzakirə mövzusuna çevrilməlidir. Əgər faciələrimizi dərk etməsək, sabah bundan da çətin durumlara düşəcəyik.

Güney Azərbaycanda yaşayan soydaşlarımıza doğmalığımız artmalıdır. Bu gün güneylilərə burada – Quzeydə də fars təbliğatına uyğun çox zaman millət anlamında “iranlı” deyilir. Bu yanlış yanaşma aradan qaldırılmalıdır. Güneylilər də özlərini millət anlamında “iranlı” saymamalıdırlar.

***
Azərbaycanın dərdlərilə dünya oyun oynayır: Qarabağ problemi beynəlxalqlaşdığı dərəcədə çözümü mümkünsüzləşir.

Bir millət olaraq varlığımızı təsdiq etmək istəyiriksə, o zaman tarixdən dərs almalıyıq. Faciələrini unudan millət var olmur. Türklərin tarix boyunca faciələrlə üz-üzə qalması həm də dünyanın türkü sevməməsilə bağlıdır.

Azərbaycanın faciələri bütün Türk Dünyasının faciəsi sayılmalıdır. Yurdumuzun varlığı Azərbaycanın birliyinin, bütövlüyünün təsdiqindən keçir.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.02.2019
Zabit Səmədovdan “Neolit” davasına - Cavab
16.02.2019
Vüsalə Mahirqızı: ONA yeni brenddir, heç bir başqa qurumun davamçısı deyil
16.02.2019
Sulu qar yağacaq - XƏBƏRDARLIQ
16.02.2019
Qarın hündürlüyü Ordubadda 18 sm, Lerikdə 15 sm olub - FAKTİKİ HAVA
16.02.2019
Daha 318 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək