Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6137

Digər sorğular

Prezident İlham Əliyev iranlı həmkarını təbrik edib

10:20  |    10 Fevral 2019  |   E-mail  |  Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhanini bu ölkənin milli bayramı - İslam İnqilabının Qələbəsi Günü münasibətilə təbrik edib.

Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

Ölkənizin milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə Sizə və xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındakı münasibətlər tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanır. Əminəm ki, ikitərəfli əlaqələrimiz, müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlığımız bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost və qardaş İran xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
12.02.2019
Ermənistan və Azərbaycan arasında “buzlar” əriyir – Rus nəşrindən ilginc iddia
09.02.2019
“Köçəryan 20 il azadlıqdan məhrum edilə bilər” – Hakimiyyət savaşı qızışır\Şərh
09.02.2019
İlham Əliyev rusiyalı naziri qəbul etdi
07.02.2019
Əli Həsənovdan İTTİHAM: “...çirkin qurumdur”
07.02.2019
Azərbaycanlı diaspor sədri Almaniyadan qovuldu - Şok səbəb