Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6264

Digər sorğular

Qarabağ qazilərindən “Yeni Müsavat”ın abunə kampaniyasına dəstək... - FOTOLAR

19:19  |    08 Fevral 2019  |   E-mail  |  Çapa göndər


“Yeni Müsavat”ın çap mediasına dəstək kampaniyası və abunə yazılma marafonu davam edir.

Redaksiyamızın budəfəki qonaqları Qarabağ qaziləri oldu.

Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlu, Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri, Milli Qəhrəman Şirin Mirzəyevin batalyonunda döyüşən, ağır döyüşlərin birində iki gözünü itirən Qarabağ qazisi Firudin Məmmədov, Milli Qəhrəman Fred Asifin batalyonunda döyüşən və bir gözünü itirən Valeh Musayev, Qarabağ qazisi, 5 il vətən uğrunda döyüşlərdə iştirak edən Mahir İbrahimov və “General Ərşad”ın batalyonunda döyüşən, ağır döyüş yolu keçən Hüseyn Allahverdiyev və “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun iştirakı ilə keçən tədbirdə mərhum qazimiz Etimad Əsədov anıldı, onun haqqında xatirələr dilə gətirildi.

R.Arifoğlu bildirdi ki, mərhum Etimad Əsədov da başda olmaqla, Qarabağ qaziləri hər zaman, hər prosesdə medianın yanında olublar. Baş redaktor qazilərin dəstəyinə yüksək qiymət verərək, əslində hər kəsin onlara borclu olduğunu bildirdi: “Əslində cəmiyyət sizin üçün fədakarlıq etməlidir, bizim, hər kəsin, sizə bir ömür borcumuz var. Azərbaycan üçün bir şərəf səhifəsi yazmısınız. Canını, sağlamlığını vətən yolunda itirən, savaşan, nümunəvi qazilərimizdən biri olan sizlərə bu ölkənin borcu var. Sağlığında da, dünyadan köçəndə də bu xalq sizi unutmamalıdır”.

Hazırda çap mediasının problem yaşadığını dilə gətirən baş redaktor, artıq oxucunun onlayn mediaya üstünlük verdiyini qeyd etdi. Bununla yanaşı, kağız qəzetin də yaşamasının vacib olduğunu vurğuladı: Bizim qəzetin 30 yaşı, Azərbaycan mətbuatının isə 144 yaşı var. Ölkəni qəzetsiz qoymaq olmaz. Cəmiyyətdə, elə bizim özümüzdə də belə bir fikir var ki, onlayn media varsa, bütün informasiyaları əlimizdəki telefonla ala biliriksə, o zaman qəzet nəyə gərəkdir... Bu fikir ciddi bir təhlükədir. Bizim kampaniya daha çox cəmiyyətə çağırış etmək məqsədi daşıyır ki, qəzet oxuyun. Bu, 144 illik bir ənənədir. Azərbaycanı sivil dünyaya bağlayan, başımızı uca edən bir faktdır. Bu tarix Yaxın Şərq ölkələrinin heç birində yoxdur. Bu səbəbdən də qəzeti qorumalıyıq”.

Rey Kərimoğlu da vurğuladı ki, həm “Yeni Müsavat” qəzetinin, həm də çap mediasının ən ağır vaxtlarında Qarabağ qaziləri hər zaman medianın yanında olublar: “Yeni Müsavat” qəzeti hər zaman Azərbaycan mediasının lokomotivi olub. Həmişə ən ağır məqamlarda irəli keçmişiniz, medianın problemləri ilə bağlı kurs götürmüsünüz, böyük bir kütlə də sizinlə bərabər olub. Zaman göstərir ki, həmişə də düzgün qərar qəbul etmisiniz, medianın ayaqda durması üçün gərəkli addımlar atmısınız. Bu səbəbdən də biz Qarabağ qaziləri olaraq, sizin çağırışınıza qoşulduq. Bütün qaziləri “Yeni Müsavat”ı oxumağa çağırırıq, köşklərdən qəzet almağa səsləyirik. Bu qəzetdə hər zaman döyüşçülərə xüsusi münasibət olub”.

R.Kərimoğlu onu da vurğuladı ki, artıq Avropada çap mətbuatına maraq artmaqdadır: “Son 10 ildə Avropada bir çox qəzetlərin çap versiyasının tirajı qalxıb. Qəzet həm də bizim tariximizdir. Biz 100 il öncəki tariximizi arxivdəki qəzetlərdən öyrənirik. Saytlar isə bəzən bir gündə bağlanır və bütün arxivi məhv olur. 100 ildən sonra “Yeni Müsavat” qəzeti bir tarixi mənbə kimi gərəkli olacaq".

Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri Firudin Məmmədov da ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşmüş, şəhid, qazi olmuş insanlara verilən dəyərə görə təşəkkürünü bildirdi: “Yeni Müsavat” qəzeti hər zaman şəhid ailələrinə, Qarabağ qazilərinə ən çox dəstək göstərən qəzet olub. Bu qəzet bizim cərgəmizdə dayanıb, bizimlə bərabər sosial problemlərimizin həlli uğrunda savaşıb. Ona görə də, bu gün Azərbaycanda qəzetçiliklə bağlı yaranan problemdən mətbuatı qorumağın vacibliyini dərk edirik, sizin çağırışınıza dəstək olaraq, əlimizdən gələni etməyə hazırıq. Min illər keçsə də, internet nə qədər inkişaf etsə də, qəzetçilik yenə də qalacaq. Çap mətbuatını qorumaq lazımdır. Qarabağ qaziləri olaraq, biz sizi hər aman yanımızda hiss etmişik, bu gün də özümüzə borc bilirik ki, sizin yanınızda duraq”.

musavat.com
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.04.2019
Pənah Hüseyn DTX-ya çağrıldı
15.04.2019
Fədayə Laçının məhkəməsində sabiq tabor komandiri ifadə verib
14.04.2019
Leyla Əliyeva intihar edən Elinaya şeir həsr edib
13.04.2019
“Belə “Məktəb illəri” arzulamamışdım” - Elina üçün ağladı + Video
12.04.2019
Şəhid adını daşıyan məktəbin "Canavarlar"ı yenə birinci olmaq istəyir - FOTOLAR