Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6264

Digər sorğular

Biləsuvarda Mübariz İbrahimovun doğum günü qeyd edilib - FOTO - VİDEO

22:33  |    07 Fevral 2019  |   E-mail  |  Çapa göndər


Biləsuvar rayonunda Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü qeyd edilib.

"Report"un Muğan bürosunun məlumatına görə, tədbir qəhrəmanın ata ocağında baş tutub.

Tədbirdə Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev, Ombudsman Elmira Süleymanova, ziyalılar, gənclər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

İştirakçılar qəhrəmanın valideynləri ilə görüşüb, evində yaradılmış muzeydə olublar.

İcra hakimiyyəti başçısı M.Quliyev bildirib ki, bütün gənclər kimi Mübarizin də arzuları var idi: "Bu təkcə yuva qurmaq, övlad sahibi olmaq deyil, işğal edilmiş torpaqlarımızı yağı düşməndən azad etmək idi onun ən böyük arzusu. Elə bu amal uğrunda da canından keçib Şəhidlik zirvəsinə ucaldı".

Həmçinin tədbirdə çıxış edən Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili, Ombudsman Elmira Süleymanova, igid gizirin göstərdiyi rəşadətinə görə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək dəyərləndirildiyini, onun Vətən qarşısında müstəsna xidmətlərinə görə Milli Qəhrəman adına layiq görüldüyünü xüsusi ilə vurğulayıb.

Qəhrəmanın evinə gün ərzində yüzlərlə məktəbli, gənclər və qonaqlar axın edib.

Qeyd edək ki, rayon qalareyasında da M.Ibrahimovun doğum günündə həsr edilmiş sərgi keçirilib.

Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.04.2019
Fuad Qəhrəmanlının qızına küçədə hücum edən şəxs saxlanılıb - RƏSMİ
18.04.2019
Konstitusiya Məhkəməsi sədri və hakiminin maaşı artırılıb
18.04.2019
Sabahın hava proqnozu açıqlanıb
18.04.2019
Raket və artilleriya bölmələri döyüş atışları icra edib - VİDEO
18.04.2019
Prezident İlham Əliyev Bakıda yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanış olub