Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6137

Digər sorğular

“3 mindən çox şəxsə...” - Nazirlikdən pensiya ilə bağlı açıqlama

11:37  |    04 Fevral 2019  |   E-mail  |  Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, pensiya təyinatının elektron infrastrukturu qurularaq, cari ilin əvvəlindən ölkəmizdə pensiyaların elektron qaydada təyinatına başlanılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qaziler.az-a verilən məlumata görə, yanvar ayında artıq 3 mindən çox şəxsə avtomatlaşdırılmış qaydada pensiya təyin olunub.

Pensiya yaşı (kişilər üçün 64 yaş, qadınlar üçün 61 yaş) tamam olduğu gün həmin vətəndaşlara pensiya təyinatı həyata keçirilib. Həmin gün onlara bu barədə (həmçinin pensiyanın məbləği, bank kartını əldə edəcəyi bank filialı və vaxt barədə) “sms”, e-mail və ya rəsmi məktubla məlumat verilib.

Pensiya təyinatının avtomatlaşdırılması bu sahədə vətəndaş-məmur təmasının aradan qalxmasına və şəffaflığın təmin olunmasına imkan verib. Vətəndaşlar pensiya yaşı çatdıqda heç yerə müraciət etmədən və sənəd təqdim olunmadan, nəticədə hər hansı süründürməçilik, bürokratik halla rastlaşmadan onların pensiya hüququ reallaşdırılır.
Xatırladaq ki, 2019-cu ildə pensiya hüququ yaranacaq şəxslərdən 70 faizinə (36 min insan) elektron qaydada pensiya təyin olunacağı proqnozlaşdırılır. Digər 30 faiz şəxslərin sırasına dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər, millət vəkilləri və b. daxildir ki, onların da pensiya təyinatının avtomatlaşdırılması istiqamətində işlər aparılır.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.02.2019
Sahil Babayev 5 rayonun sakinləri ilə görüşüb
15.02.2019
Bərdədə köçkünlər üçün ödənişsiz tibbi aksiya keçirilib
14.02.2019
Nazir Sahil Babayev: 233 min nəfərin pensiyasında artım olacaq
14.02.2019
Pensiyaçılara şad xəbər
13.02.2019
“Vətəndaşla TSEK arasında heç bir kontakt baş vermir” - Nazirlik rüşvət məsələsinə aydınlıq gətirdi