Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6264

Digər sorğular

Cümhuriyyətin elan olunduğu bina bərpa ediləcək

15:46  |    03 Fevral 2019  |   E-mail  |  Çapa göndər


Gürcüstanın paytaxtı Tbilisi şəhərində yerləşən Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan olunduğu bina bərpa olunacaq.

Qaziler.az “Report”a istinadən xəbər verir ki, Tbilisi İnkişaf Fondu indiki “Gənclər sarayı” kimi fəaliyyət göstərən binanın yenidən qurulması ilə bağlı tender elan edib. Tenderdə iştirak etmək istəyən şirkət mədəni irs abidələrinin bərpa olunmasında təcrübəyə malik olmalıdır.

Təkliflərin qəbulu fevral ayının 11-də başa çatacaq. Tenderdə qalib gələcək şirkət Tbilisi İnkişaf Fonduna 10 dekabr 2019-cu il tarixinə qədər hazır layihə təqdim etməlidir.

“Gənclər sarayı”nın bərpa olunması işlərinə, ümumilikdə, 600 min lari (227 min dollar) məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.

Saray Tbilisinin mərkəzi Rustaveli prospekti, 6 ünvanında yerləşir. 1918-ci il mayın 28-də məhz bu binada AXC-nin müstəqillik bəyannaməsi oxunaraq, Şərqdə ilk demmokratik respublikanın yaradıldığı rəsmən elan olunub. Binada AXC-nin elan edildiyi zalın girişində bu barədə Azərbaycan, gürcü və ingilis dillərində məlumatın əks olunduğu lövhə yerləşdirilib.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.04.2019
Pənah Hüseyn DTX-ya çağrıldı
15.04.2019
Fədayə Laçının məhkəməsində sabiq tabor komandiri ifadə verib
14.04.2019
Leyla Əliyeva intihar edən Elinaya şeir həsr edib
13.04.2019
“Belə “Məktəb illəri” arzulamamışdım” - Elina üçün ağladı + Video
12.04.2019
Şəhid adını daşıyan məktəbin "Canavarlar"ı yenə birinci olmaq istəyir - FOTOLAR