Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6137

Digər sorğular

Nurməhəmmədov 9 ay müddətinə yarışlardan kənarlaşdırılıb

09:16  |    30 Yanvar 2019  |   E-mail  |  Çapa göndər


ABŞ-ın Nevada ştatının Atletika Komissiyası (NSAC) yüngül çəkidə çıxış edən rusiyalı UFC çempionu Həbib Nurməhəmmədovu Las-Veqasda keçirilən UFC 229 turnirində irland Konor Makqreqorla titul döyüşündən sonra saldığı davaya görə 9 ay müddətinə idman yarışlarında iştirakdan məhrum edib.

"Report" "MMA Fighting"ə istinadən xəbər verir ki, o, diskvalifikasiya ilə yanaşı, 500 min dollar məbləğində cərimə də olunub.

İki idmançı arasında döyüş oktyabrın 6-da olub. Nurməhəmmədov 4-cü raundda rəqibə qarşı boğucu fənd işlədib və bundan sonra irlandiyalı təslim olub. Döyüşdən sonra zalda qalmaqal baş verib. İrlandiyalı idmançının tərəfdarlarından birinin zaldan Nurməhəmmədova söz atmasından sonra, rusiyalı samboçu rinqi tərk edərək azarkeşlə əlbəyaxa olub. Eyni zamanda rinqdə də Nurməhəmmədovun mühafizəçilərindən biri ilə Makqreqor arasında əlbəyaxa dava baş verib.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.02.2019
Qurban Qurbanovun oğlu millimizdə poker etdi
12.02.2019
“İdman Azərbaycan" telekanalında yeni rəhbər təyinatı
12.02.2019
Zabit Səmədov Bakıda peşəkar döyüş məktəbinin açılışını etdi - Video
09.02.2019
Millimizin baş məşqçisi vəzifəsinə namizəd Bakıda - AFFA açıqladı
28.01.2019
“Qarabağ” klubunun sabiq prezidenti vəfat etdi