Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6264

Digər sorğular

Şahin Mustafayev: “22 minədək yeni iş yeri açılacaq”

13:33  |    29 Yanvar 2019  |   E-mail  |  Çapa göndər


“İnvestisiyaların təşviqi məqsədilə bu günə qədər 192 sahibkarlıq subyektinə 332 investisiya təşviqi sənədi verilib ki, bu layihələrin icrası nəticəsində yerli istehsala 2.8 milyarddan artıq invesitiya yatırılıb. Bunun nəticəsində 22 minədək yeni iş yeri açılacaq. Layihələrin 87 faizi regionların payına düşür”.

Azvision.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı deyib.

Nazir bildirib ki, 2014-2018-ci illərdə qeyri-neft sektorunda 8 faiz, qeyri-neft sənayesində 32 faiz artım olub: "Görülən işlər nəticəsində 2014-2018-ci illərdə 1,5 milyonu daimi olmaqla 2 milyondan artıq yeni iş yeri açılıb. 2014-2018-ci ildə 16 mindən çox sahibkara, ümumi dəyəri 2,6 milyard manat olan layihələrə 1 milyard manatdan çox güzəştli kredit verilib. Bunun 79 faizi aqrar sektora, 20 faizi isə müxtəlif sənaye və digər sahələrin inkişafına ayrılıb. Həmçinin, bunun 70 faizi regionların payına düşür.

2018-ci ildə geri qaytarılan vəsaitlər hesabına sahibkarlara 160,2 milyon manat dövlətin güzəştli krediti verilib. Cari ildə geri qaytarılan vəsaitlər hesabına minimum 160 milyon manatadək kredit veriləcək".
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.04.2019
Prezidentdən çörəklə bağlı vacib qərar - vergi güzəştinin müddəti uzadıldı
16.04.2019
Azərbaycanla Belarus traktor istehsal edəcək - Türkiyədə
14.04.2019
Azərbaycana gətirilən bəzi yanacaq markaları gömrük rüsumundan azad edilib
02.04.2019
Qarabağ müharibəsi və 20 Yanvar şəhidlərinin bir nəfər ailə üzvünün kreditlərini banklar ödəyəcək
28.03.2019
Kənd təsərrüfatı məhsulları üçün kritik dövr