Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6264

Digər sorğular

Qarabağ müharibəsində bənzəri olmayan hadisə - “Qanlı kaha” kitabı ondan bəhs edir

16:42  |    25 Yanvar 2019  |   E-mail  |  Çapa göndər


Qarabağ müharibəsi tarixində elə hadisələr var ki, onun haqqında ya çox az bəhs olunub, ya da heç bəhs olunmayıb.

1993-cü ilin aprelində erməni hərbi birləşmələri tərəfindən işğal edilən Kəlbəcər rayonunun ən böyük və ən ucqar kəndlərindən olan Başlıbeldə baş verənlər də həmin hadisələrdən biridir.

Tanınmış jurnalist Elxan Salahov ermənilərin Başlıbel kəndində törətdikləri qətliamlar və kənddə 4 ay mühasirədə yaşayan 62 sakinin başına gələnlərdən bəhs edən “Qanlı kaha” adlı kitab yazıb.

Yanvarın 25-də Beynəlxalq Mətbuat Mərkəzində kitabın təqdimat mərasimi keçirildi. Musavat.com-un məlumatına görə, mərasimdə Kəlbəcərlilər, 4 ay erməni mühasirəsində qalmış kənd sakinləri, tanınmış ziyalılar, jurnalistlər iştirak ediblər. Sənədli-publisistik povestdə işğal zamanı köməksiz vəziyyətdə qalıb mühasirəyə düşən 62 nəfər kənd sakininin dörd aya yaxın müddətdə məhrumiyyətlərlə dolu həyatından söhbət açılır. Kitab dağlara çəkilərək kahalara sığınan və tez-tez mövqeyini dəyişmək məcburiyyətində qalan dinc sakinlərin ağır və dözülməz mühasirə günləri, erməni quldurlarının törətdiyi dəhşətli qətliamlar, vandalizm hərəkətləri, həmin hadisələri gözləri ilə görmüş və məşəqqətləri yaşamış şahidlərin xatirələri əsasında qələmə alınıb. Mühasirəyə düşənlər arasında 8 uşaq, 24 qadın, 15 qoca da olub. Onların 113 gün davam edən və hər an silahlı erməni quldurları ilə üz-üzə gəlmək təhlükəsi ilə dolu həyatı, soyuğa, aclığa qarşı apardıqları mübarizə Qarabağ müharibəsinin ən dəhşətli səhnələrindəndir.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan povestdə, həmçinin 1994-cü ilin yanvar-fevral aylarında Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlər, məşhur “Murovdağ əməliyyatı” və onun nəticələri barədə də geniş məlumat verilir.

Tədbirdə iştirak edən ziyalılar çıxışlarında kitabın tarix üçün böyük əhəmiyyət daşıdığını bildiriblər. Eyni zamanda qeyd edilib ki, bu kitabda bəhs olunan real hadisələrlə bağlı dövlətin dəstəyi ilə film çəkilməlidir. Bu film Qarabağ müharibəsi tarixində ən maraqlı, faktlara əsaslanan film olar.

Musavat.com









Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.04.2019
Özbəkistanda şair Fərid Hüseynin “Səmərqənd divanı” adlı kitabı çap olunub
09.04.2019
Çingiz Abdullayev “Şərəf” ordeni ilə təltif edilib
06.04.2019
Gənc şairlər Musa Yaquba görə AYB-ni “topa tutdular” - qalmaqal
04.04.2019
Deyəndə ki, Səməd Vurğun xəyanətkardır... - Elçin
03.03.2019
Ruhun şad olsun, Fərman Kərimzadə!