Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6264

Digər sorğular

Nikol Moskvaya gedir: Kreml “5+2 variantı”nda israr edərsə...

18:35  |    22 Yanvar 2019  |   E-mail  |  Çapa göndər


Paşinyan Moskvada müəyyən problemlər ətrafında müzakirələr açmaq niyyətindədir.

Bunu Axar.az-a Ermənistan baş nazirinin Moskvaya səfərini şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib.

“Müzakirələr ilk növbədə qaz problemi ilə bağlı olacaq. Çünki Rusiya Ermənistana satacağı qazın qiymətini daha da qaldırmağı düşünür. Bundan əvvəlki bahalaşma ilkin tranzit xərclərinin artması ilə bağlı idi. Moskva yeni qiymətləri hələ qarşıda bəyan edəcək. Ermənistanın Rusiyadan aldığı neft və neft məhsullarının qiymətində də bahalaşma gözlənilir. Bu baxımdan İrəvan olduqca narahatdır və Moskvada iqtisadi, xüsusilə də yol və nəqliyyat məsələləri ciddi müzakirə ediləcək”, - politoloq bildirib.

Q.Hüseynli Moskvada Qarabağ məsələsinin həlli ilə bağlı gərgin müzakirələrin gedəcəyini də düşünür:

“Qarabağ məsələsində Ermənistana beynəlxalq basqılar getdikcə artır. ABŞ prezidentinin Paşinyana məktubu, amerikalı senatorlarının problemin həllinin zərurliyini irəli sürmələri, həmçinin Kremlə yaxın ideoloq və politoloqların 5 rayon məsələsində israr etməsi bunun bariz sübutudur. Belə ki, “5+2 variantı”nın işə salınması geniş müzakirə edilir. Rusiya əvvəlcə 5, daha sonra 2 rayonun qaytarılması və bu kontekstdə Dağlıq Qarabağın statusunun müzakirəsini irəli sürür. Paşinyan da sözsüz ki, bir daha Rusiyanın baxışını öyrənmək və bu məsələdə öz mövqeyini Kremllə uzlaşdırmaq niyyətindədir”.

Sabiq dövlət müşaviri bildirib ki, İrəvan Moskvanın Qarabağ məsələsinin həlli ilə bağlı təkidini zərərsizləşdirməyə cəhd edəcək:

“Paşinyan Kremlin Qarabağ probleminin həlli ilə bağlı atacağı pozitiv addımları bir növ neytrallaşdırmağa çalışacaq və Ermənistanın “güzəştlərə” hazır olmadığını bildirəcək. Paşinyan hazırda iki daş arasındadır. Ölkədə iqtisadi vəziyyət pisdir və etiraz səsləri ucalmağa başlayıb. İndiyə qədər ikili standartlardan çıxış edən dövlətlər və beynəlxalq qurumların böyük əksəriyyəti təkidlə problemin Azərbaycanın ərazi bütövlüyü daxilində həllini tələb edirlər. Moskva da bu təzyiqlərin təsiri altındadır və ona görə də məsələni hələ ki, 5 rayonla yumşaltmağa cəhd edir. Əslində, Rusiya bu mövqeyində kifayət qədər israrlı görünür. Paşinyanın Rusiyanın diktəsinə əməl etməyə hazır olub-olmadığı isə Moskva görüşündən sonra müzakirələrin əsas mövzusu olacaq”.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Davosdakı Dünya İqtisadi Forumundan sonra Rusiyaya gedəcək.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.04.2019
Sahil Babayev İranın sənaye, mədən və ticarət naziri ilə görüşüb
18.04.2019
Prezident İlham Əliyev İranın sənaye, mədən və ticarət nazirini qəbul edib
18.04.2019
“Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı qərar yaxın müddətdə elan ediləcək"
18.04.2019
Qarabağ qaziləri Elmar Məmmədyarovun açıqlamasına etiraz edir: Allah lənət eləsin!
17.04.2019
Müharibə başlayarsa... - Azərbaycan-Türkiyə-Rusiya üçlüyündən Ermənistanı silkələyəcək addım