Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6264

Digər sorğular

Günün şəkli: Şəhidləri ziyarət edən qazilər...

13:17  |    21 Yanvar 2019  |   E-mail  |  Çapa göndər


Bu şəkil dünən Bakıda çəkilib.

Əslində onu geniş şərh etməyə ehtiyac yoxdur. Bu "danışan şəkillər" kateqoriyasındandır.

Ancaq bu şəkilə bir neçə cümlə həsr etmək vacibdir.

Onlar qazilərdir, şəhidləri ziyarət etməyə gəliblər.

Üzləri görünmür qazilərin. Burada onlar naməlum əsgərlərdir. Naməlum qəhrəmanlar.

Dördü də aşağı-yuxarı eyni yaşdadır. Hamısının saçı ağarıb.

Dördü də vətən uğrunda əzasını itirib. Qoltuq ağacına söykəniblər.

Dördü də şəhidlərin önündə eyni anda baş əyib.

Dördü də eyni cür geyinib - cins şalvar, qara gödəkçə.

Dördü də eyni yollardan, eyni od-alovdan keçib.

Onlar bu vətənə borclarını öz gənclikləri ilə, qanları ilə, döyüş meydanında itirdikləri əzaları ilə veriblər. Ancaq özlərini hələ də borclu sayır, şəhidləri ziyarətə gəlirlər,özlərini məhz ömrü yarıda qırılmış şəhidlərə borclu sayırlar.

Vətən bu igid, qəhrəman oğulların qədrini bilməlidir. Onlar saf ürəkli vətən oğullarıdır, düşmən çəpərləridir. Bu ölkə məhz bu cür oğulların sayəsində arxalı köpəklərin qarşısında dayana bildi.

Bu igidlər heç də məğlub əsgərlər deyillər. Onlar söykənib ayaqda durduqları əsa və qoltuq ağaclarını hər an tüfəngə dəyişə bilərlər. Onlar belədirlər. Onlar bu xalqın qənimət oğullarıdır.

Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.04.2019
Fuad Qəhrəmanlının qızına küçədə hücum edən şəxs saxlanılıb - RƏSMİ
18.04.2019
Konstitusiya Məhkəməsi sədri və hakiminin maaşı artırılıb
18.04.2019
Sabahın hava proqnozu açıqlanıb
18.04.2019
Raket və artilleriya bölmələri döyüş atışları icra edib - VİDEO
18.04.2019
Prezident İlham Əliyev Bakıda yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanış olub