Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6091

Digər sorğular

İctimai işlərə cəlb olunan şəxslərlə əmək müqaviləsi bağlanacaq

16:14  |    14 Yanvar 2019  |   E-mail  |  Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü əsasında hazırlanmış “İşsizin DOSTu” proqramının icrasına hazırlıq işləri artıq başa çatır.

Qaziler.az bildirir ki, proqram Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) “DOST İş Mərkəzi” tərəfindən icra olunacaq. Bununla bağlı Mərkəzin rayon filiallarının qurulması işləri də yekunlaşmaq üzrədir.

Haqqı ödənilən ictimai işlərin təşkilinin sistemli və şəffaf şəkildə həyata keçirilməsi və genişləndirilməsi məqsədinə xidmət edən “İşsizin DOSTu” proqramı bu il ərzində 30 minədək şəxsin ödənişli ictimai işlərə cəlb edilməsinə imkan verəcək. Həmin şəxslər Nazirliyin rayon (şəhər) Məşğulluq mərkəzlərində işaxtaran və ya işsiz kimi qeydiyyatda olan şəxslərdən ibarət olacaq.

Ödənişli ictimai işlərə cəlb edilərkən həmin şəxslərin hər biri ilə əmək müqaviləsi bağlanacaq. Bu da onların sosial sığorta sistemi ilə əhatə olunmasına, nəticədə gələcək pensiya hüquqlarının yaranmasına və ya mövcud olan fərdi hesablarında pensiya kapitalının artımına imkan verəcək.

Proqramın iştirakçılarının yerinə yetirəcəkləri ictimai işlərin (sosial xidmətlərin göstərilməsi, təmir, abadlaşdırma, ərazilərin ekoloji sağlamlaşdırılması, o cümlədən yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq və s.) həcminə, əmək funksiyalarına uyğun olaraq əmək haqları müəyyən olunacaq. Digər tərəfdən, Proqram cari ildə əlavə 30 minədək əmək müqaviləsi bağlanmasına imkan verəcək.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.01.2019
20 Yanvar əlillərinə və şəhid ailələrinə birdəfəlik maddi yardım verildi
19.01.2019
Vasif Talıbov və Qarabağ qaziləri tərəfindən həkimlərə fəxri diplomlar təqdim olundu - FOTOLAR
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kollegiya iclası keçirilib
17.01.2019
Daha 6,4 mindən çox şəhid hərbi qulluqçunun vərəsələrinə birdəfəlik ödəmə veriləcək
16.01.2019
Rövşən Rzayev Sabunçuda köçkünlərlə görüşüb