Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6205

Digər sorğular

Əcnəbi diplomatlar Mehman Hüseynovla görüşdülər

12:50  |    12 Yanvar 2019  |   E-mail  |  Çapa göndər


Dünən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin müraciəti əsasında bir sıra Avropa İttifaqı ölkələrinin səfirliklərinin məsul diplomatlarının təcridxanada Mehman Hüseynovla görüşü təşkil olunub.

Trend-in diplomatik dairələrdən aldığı məlumata əsasən, görüşdə Aİ-nin Bakı nümayəndəliyinın rəhbərinin müavini, Fransa, Hollandiya, Böyük Britaniya, Çex Respublikası və Almaniya səfirliklərinin əməkdaşları iştirak ediblər. Onlar yerində Mehman Hüseynovun saxlanma şəraiti və səhhəti ilə tanış olublar. Bir daha şahidi olublar ki, Mehman Hüseynovun səhhəti normaldır, saxlanma şəraiti ilə bağlı hər hansı şikayəti yoxdur, vəkili və atası ilə sərbəst görüşə bilir.

Şəkildən də hər şey aydın formada görünür. Avropa İttifaqı üzv ölkələrinin diplomatları yaradılmış şəraitə çox məmnun qalıblar və bu görüşün təşkilinə və nümayiş etdirilən şəffaflığa görə Azərbaycan Respublikası hökumətinə təşəkkürlərini ifadə ediblər.

Bununla da anti-Azərbaycan qüvvələrin Mehman Hüseynovun adından istifadə edərək yalan təbliğatına və bu halı saxta şəkildə dramatikləşdirmək cəhdlərinə tutarlı zərbə vurulmuş olub.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
24.03.2019
Azərbaycanın Müdafiə naziri ABŞ-a işgüzar səfərə gedəcək
23.03.2019
Azərbaycan hərbçiləri Pakistanda hərbi paradda iştirak ediblər - FOTOLAR
23.03.2019
Azərbaycanın Müdafiə naziri Pakistanın Quru Qoşunları komandanı ilə görüşüb - VİDEO
22.03.2019
"Qarabağ münaqişəsində Azərbaycanın haqq mövqeyini dəstəkləyirik” - Pakistan prezidenti
22.03.2019
Azərbaycan Prezidenti pakistanlı həmkarını təbrik edib