Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6081

Digər sorğular

Rusiyada erməniləri təbrik edən azərbaycanlı ilə bağlı məsələyə aydınlıq gətirilib

10:32  |    11 Yanvar 2019  |   E-mail  |  Çapa göndər


Rusiyanı Rostov şəhərində erməniləri təbrik edən azərbaycanlı ilə bağlı məsələyə aydınlıq gətirilib

“Rusiyanın Rostov şəhərindəki Azərbaycan diasporunun rəhbəri Vaqif Mustafayevin erməni xalqını bayram münasibətilə təbrik etməsi, özü də bütün azərbaycanlıların adından təbrik etməsi xəbəri olduqca təəssüfləndiricidir və hər bir normal azərbaycanlını narahat edir. Amma bir gerçəkilik unudulur ki, diaspor rəhbəri kimi təqdim edilən Vaqif Mustafayevin rəhbərlik etdiyi təşkilatda özündən və milliyyətcə erməni olan həyat yoldaşından başqa kimsə yoxdur. Bəzi mətbuat orqanlarında Azərbaycan diasporu, diaspor liderləri və sair ifadələrlə “zənginləşdirilmiş” informasiyalar yayımlanır ki, yuxarıdakı faktlar arasında aparılan paralelliyə cəhd də bunlardan biridir”.

Bunu “Report”un sorğusuna Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən son günlər Rusiyada Azərbaycan diaspor rəhbərinin erməniləri təbrik etməsi ilə bağlı yaranan mübahisələrə cavab olaraq bildiriblər.

“Dövlət Komitəsinin Vaqif Mustafayev adlı adamla nəinki diaspor rəhbəri kimi, heç xaricdə yaşayan bir fərd olaraq da heç bir əlaqəsi mövcud deyildir”,- komitədən bildirilir.

Bildirilir ki, Rusiyadakı azərbaycanlıların diaspor fəallarından əldə edilən məlumatlara görə, Vaqif Mustafayevin milliyyətcə erməni ailəsi ilə yaxın qohumluq əlaqəsi var, ermənilərin nəzarətində olan şəxsdir: “O, Rostov şəhərində iri biznesmen olan Artuyun Surmayan tərəfindən idarə olunur və maliyyələşdirilir. Təbii ki, erməninin idarə etdiyi, maliyyələşdirdiyi Vaqif Mustafayev də, artıq erməniləşib və onun belə hərəkətləri təəccüb doğurmur. Ona görə ki, onun yalnız ad və familiyası Azərbaycan dilindədir. Göründüyü kimi, mətbuat yayımlanan xəbərlər tam həqiqəti əks etdirmir və şişirdilmiş şəkildə təqdim olunur ki, bu da ümumxalq və ümumdövlət maraqlarına ziddir", - azərbaycanlı fəallar bildiriblər.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.01.2019
Ermənistan parlamentində dava - VİDEO
16.01.2019
Dünya daşnakları Qarabağa toplaşacaq
16.01.2019
İbrahim Kalın: "Türkiyənin məqsədi İdlibdə əhalinin təhlükəsizliyini təmin etməkdir"
16.01.2019
Xəfiyyə: Ukrayna gəmiləri Kerçdən keçəcək
15.01.2019
Paşinyanın gözlənilməz Gürcüstan səfəri