Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6081

Digər sorğular

“Zopa ilə döyürlər, heç kim səsini çıxarmır” – Deputat

22:16  |    09 Yanvar 2019  |   E-mail  |  Çapa göndər


“Beynəlxalq hüquq müdafiə təşkilatlarının, həmçinin Avropa Şurası, Avropa İttifaqı, Avropa Parlamenti, ATƏT və BMT-nin müvafiq qurumlarının ikiüzlü siyasət yürütməsi aydın məsələdir. Obyektiv mövqe sərgiləmək onların maraqlarına cavab vermir. Onlar öz maraqları əleyhinə olan şeyləri danışmazlar axı… Odur ki, ya susurlar, ya da bu məsələləri ört-basdır etməyə çalışırlar”.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, yazıçı-publisist Aqil Abbas deyib.

Onun sözlərinə görə, xarici ölkələrdə, xüsusilə də Avropada mitinqlərin dağıdılması, jurnalistlərin həbsi, insan haqlarının pozulması halları baş verərkən, heç kim səsini çıxarmır, ancaq Azərbaycanda kiçik bir hadisə xüsusi qaydada qabardılır, ona siyasi rəng verilir, ittihamlar irəli sürülür:

“Bütün bunlar Azərbaycana təzyiq vasitələridir. Azərbaycana təzyiq göstərmək üçün həmişə nəsə tapırlar. Fransada “sarı jiletlilər” aksiyasının iştirakçılarını zopa ilə döyürlər. Ancaq heç kim səsini çıxarmır. Əslində bunların səbəbini hamı çox gözəl bilir”.

A.Abbas qeyd edib ki, bu cür hadisələr zaman-zaman müxtəlif dairələrin əlində Azərbaycana təzyiq elementi olub:

“Adi bir söz deyim. Hamı bilir ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Amerikalılar, avropalılar bunu hamıdan yaxşı bilir. Onların bununla bağlı məlumatı hamıdan çoxdur. Ancaq yenə də öz maraqlarına uyğun ikiüzlü siyasət yürütməyə davam edirlər”.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
04.01.2019
2019-cu ildə dünyanı nə gözləyir - siyasi və iqtisadi proqnozlar
01.08.2018
Mattarella Bakıdan sonra niyə İrəvana getdi? Şərh
30.07.2018
Bu hərbi bazaları ona görə qapatdıq ki... - Lavrov
29.07.2018
Baxçalıdan Trampa: Bu ayıbdır, əxlaqa ziddir!
27.07.2018
Zaranı qəsddən göndəriblər- deputatdan sensasion iddia