Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6081

Digər sorğular

Qazaxıstanı çalxalayan erməni tutuldu

18:41  |    09 Yanvar 2019  |   E-mail  |  Çapa göndər


Qazaxıstanda Yeni İl axşamı yerli sakini qətlə yetirən Ermənistan vətəndaşı Narek Qururyan tutulub.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Narek Qururyanın (1997-ci il) Rusiya ərazisində tutulduğu və tezliklə Qazaxıstana ekstradisiya olunacağı gözlənilir.

Qeyd edək ki, Qazaxıstanın Karaqanda şəhərindəki “Qədim Roma” kafesində baş verən qətldən sonra Ermənistan rəhbərliyi kifayət qədər narahat olub. Lakin Qazaxıstanın müvafiq qurumları şübhəli bilinən Narek Qururyanın ələ keçirilməsi üçün tədbirlər görür.

Qazaxıstanın Karakanda vilayətində Yeni il bayramını qeyd edən 23 yaşlı qazax gənc qətlə yetirilib. Araşdırma zamanı məlum olub ki, cinayəti törədən şəxslər ermənilərdir.

Hadisədən sonra əməliyyat-axtarış tədbirləri zamanı üç nəfər polis əməkdaşları tərəfindən saxlanılmışdı. Onlar Malkhasyan Torkom Manveloviç, Malkhasyan Sokhak Samveloviç və Nadirbekyov Kair Xamitoviçdir. Həmin şəxslər digər ağır cinayətləri də törətməkdə şübhəli bilinirlər. Digər təqsirləndirilən Narek Qururyan isə axtarışa verilmişdi.

Bu hadisə Qazaxıstanda əməlli-başlı rezonans doğurmuş, əhali küçələrə çıxıb ermənilərə etirazını bildirmişdi.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.01.2019
Ermənistan parlamentində dava - VİDEO
16.01.2019
Dünya daşnakları Qarabağa toplaşacaq
16.01.2019
İbrahim Kalın: "Türkiyənin məqsədi İdlibdə əhalinin təhlükəsizliyini təmin etməkdir"
16.01.2019
Xəfiyyə: Ukrayna gəmiləri Kerçdən keçəcək
15.01.2019
Paşinyanın gözlənilməz Gürcüstan səfəri