Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6081

Digər sorğular

Artıq 600-ə yaxın şəxsə elektron qaydada pensiya təyin olunub

15:12  |    09 Yanvar 2019  |   E-mail  |  Çapa göndər


Pensiya təyinatının avtomatlaşdırılması bu il 36 min insana şamil olunacaq

Qaziler.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 dekabr 2018-ci il tarixdə təsdiq etdiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanun cari ilin əvvəlindən Azərbaycanda pensiyaların avtomatlaşdırılmış qaydada təyinatına başlanmasına imkan verib.

Artıq 600-ə yaxın şəxsə elektron qaydada pensiya təyin olunub və bu barədə, həmçinin pensiyanın məbləği, bank kartını əldə edəcəyi bank filialı və vaxt barədə onlara “sms”, e-mail və rəsmi məktubla məlumat verilib. Pensiya təyinatının avtomatlaşdırılması bu il pensiya yaşı çatanlardan 36 min insana və ya il ərzində pensiya yaşı çatacaq şəxslərdən 70 faizinə şamil olunacaq.

Qalan şəxslərin sırasına isə dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və s. daxildir ki, cari il ərzində onların da pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı mexanizminin qurulması işləri aparılacaq.

Eyni zamanda, əmək pensiyası yaşına çatmış şəxslərin fərdi hesabında 2018-ci ilin 1 iyul tarixinədək pensiya kapitalı qeydə alınıbsa (məbləğdən asılı olmayaraq), onlara əmək pensiyası təyin edilərkən 2006-cı ilin yanvarın 1-dək 25 il sosial sığorta stajı hesablanır. Həmin 25 illik stajın və eləcə də 2018-ci ilin 1 iyul tarixinədək qeydə alınan pensiya kapitalının qanunvericiliyin tələbləri əsasında indeksləşdirilməsi aparıldıqdan sonra formalaşan ümumi pensiya kapitalı əsasında pensiya təyin olunur. Bu da həmin insanların pensiyalarında artıma səbəb olur.

Ümumilikdə, cari inin əvvəlindən pensiya təyinatı sahəsində həyata keçirilən islahat tədbiri bu sahədə vətəndaş-məmur təmasının və süründürməçilik, eləcə də digər neqativ halların baş vermə ehtimalının aradan qalxmasına, şəffaf və çevik pensiya təyinatı sisteminin qurulmasına, pensiyalarda artımın edilməsinə, nəticə etibarilə vətəndaş məmnunluğuna səbəb olub.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.01.2019
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
15.01.2019
Ötən il sosial sığorta daxilolmalarında 11,8% artım qeydə alınıb
14.01.2019
İctimai işlərə cəlb olunan şəxslərlə əmək müqaviləsi bağlanacaq
12.01.2019
Prezident: Siyahıda olan şəhid ailələrinin vərəsələrinin hamısına 11 min manat veriləcək
12.01.2019
“3097 şəhidin 4190 vərəsəsinə 34 milyon manat ödənilib” - Sahil Babayev