Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6205

Digər sorğular

Dövlət Komitəsində Koreya Respublikasının ölkəmizdəki səfiri ilə görüş olub

13:21  |    09 Yanvar 2019  |   E-mail  |  Çapa göndər


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Koreya Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Tonq-opla görüşüb.

Qaziler.az bildirir ki, Dövlət Komitəsinin sədri yeni təyinatı münasibəti ilə səfiri təbrik edib, ölkəmizdəki fəaliyyətində ona uğurlar arzulayıb.

Görüşdə koreyalı diplomata Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və mövcud vəziyyəti barədə ətraflı məlumat verilib. Ermənistanın işğalçılıq siyasətini davam etdirdiyi, silahlı birləşmələrini zəbt olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarmaq barədə BMT-nin 4 qətnaməsini və digər beynəlxalq təşkilatların qərarlarını hələ də yerinə yetirmədiyi, 1 milyon 200 mindən çox soydaşımızın qaçqınlıq və köçkünlük məhrumiyyəti yaşadığı qeyd edilib.
Bildirilib ki, Azərbaycan dövləti torpaqlarımızın işğaldan azad edilməsi ilə yanaşı, qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində də məqsədyönlü iş aparır. Prezident İlham Əliyevin tapşırığına əsasən, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün yeni qəsəbələr salınır.

Eyni zamanda ölkə başçısı bu kateqoriyadan olan vətəndaşlarımızın maddi rifahının yüksəldilməsi, məşğulluğunun təmin edilməsini diqqət mərkəzində saxlayır. Birinci vitse-prezident xanım Mehriban Əliyeva ən ağır şəraitdə yaşayan məcburi köçkünlərə xüsusi qayğı göstərir, onların yeni mənzillərə köçürülməsi üçün zəruri tədbirlər görür.
Dövlət Komitəsinin sədri Koreya Respublikası səfirliyinin, bu ölkənin humanitar təşkilatlarınin Azərbaycanda məcburi köçkünlər üçün həyata keçirdiyi layihələri məmnunluqla xatırlayıb və təşəkkürünü bildirib. Qeyd edilib ki, belə layihələr məcburi köçkünlər üçün təkcə maddi deyil, həm də böyük mənəvi dəstəkdir.

Koreya Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Kim Tonq-op səmimi qəbula görə təşəkkürünü bildirib. İki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün səylərini əsirgəməcəyini qeyd edib. Məcburi köçkünlərlə bağlı həyata keçirilən layihələrin davam etdiriləcəyi vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
24.03.2019
Azərbaycanın Müdafiə naziri ABŞ-a işgüzar səfərə gedəcək
23.03.2019
Azərbaycan hərbçiləri Pakistanda hərbi paradda iştirak ediblər - FOTOLAR
23.03.2019
Azərbaycanın Müdafiə naziri Pakistanın Quru Qoşunları komandanı ilə görüşüb - VİDEO
22.03.2019
"Qarabağ münaqişəsində Azərbaycanın haqq mövqeyini dəstəkləyirik” - Pakistan prezidenti
22.03.2019
Azərbaycan Prezidenti pakistanlı həmkarını təbrik edib