Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6205

Digər sorğular

“Nişandan sonra 3 ay görmədim” – Mərhum xalq artistinin həyat yoldaşı – VİDEO

21:33  |    08 Yanvar 2019  |   E-mail  |  Çapa göndər


ARB TV-nin “Bu qədər” proqramının növbəti buraxılışında mərhum aktyor, xalq artisti Yaşar Nuriyevin keçdiyi həyat yolu işıqlandırılıb.

Rəhimə Nuriyeva – Həyat yoldaşı: “Anam mənə dedi ki, uzaq qohumlardan sənə elçi gəlmək istəyirlər. Dedilər ki, Yaşardır. Bilmədim nə deyəm. Hər dəfə evə qayıdanda arxamda səs eşidirdim. Ona ailədən təklif etmişdilər ki, qohum qız var alaq sənə. Nişanlanandan sonra 3 ay onu görmədim. Sentyabrda evləndik. Yaşari ilk övladım sayırdım. Hər ailədə olduğu kimi söz-söhbətlərimiz də olurdu. Elə atmaca atırdı ki, gülürdüm. Yaşarı güldürən yeganə adamlardan biri Arif Quliyev idi. Yaşar uşaqlıqdan bu sənətə bağlı adam olub. Bu sənət atası ilə onu birləşdirirdi. Süpürgəçini də görüb söhbət edirdi. Hamıyla dil tapa bilirdi. Deyirdi ki, mənim rollarımda hamısı lazımdır. Son vaxtlar sanki deyirdi ki, yanımdan getmə. Saat 4-ün yarısı baş həkim mənə dedi ki, bilirsiniz nolub? Biz də şok yaşadıq. Bütün həkimlər çalışsaq da heç nə edə bilmədik”.

Ülkər Nuriyeva - Qızı: “Məni kim görürsə deyir ki, Yaşar Nurinin şirinliyi sizdə var, siz onun yadigarısız. Öpüb-qucaqlayırlar. Çox diqqətcil idi. Çətin xasiyyəti olub, amma ailəyə bağlı idi. İşim alınmayanda, çətinlik olanda həmin vaxtı atam yuxuma girir. Mənə güc verir. Son vaxtlar daha çox özünə bağlantı yaratdı”.

musavat.com

Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.03.2019
Araq, serroz və son rol - Səməndər Rzayevin ÖMÜR YOLU
22.03.2019
“Diriliş Ertoğrul”un final tarixi bəlli oldu
21.03.2019
Alim Qasımov UNESCO-nun baş qərargahında konsert verib
18.03.2019
Prezident daha bir aktyora ev bağışladı
11.03.2019
Fuad Poladovun oğlu nişanlandı