Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6205

Digər sorğular

Nazirliyin vebsaytı yeni dizaynla və domenlə istifadəyə verilib

19:59  |    07 Yanvar 2019  |   E-mail  |  Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin internet səhifəsi olan www.sosial.gov.az yeni dizaynla istifadəyə verilib.

Qaziler.az bildirir ki, saytın yeni versiyası müasir, eyni zamanda sadə dizaynı, əmək, məşğulluq, sosial təminat və digər müvafiq sahələr üzrə zəngin və yenilənmiş məlumatları əhatə etməsi, informasiya açıqlığını təmin etməsi ilə seçilir. Ümumi məlumatlarla yanaşı, saytda Nazirliyin xidməti kontingentinə aid əhali qruplarının (pensiyaçılar, əlilliyi olan şəxslər, işsiz və işaxtaran vətəndaşlar, aztəminatlı ailələr və s.) hər birinin maraq dairəsinə aid məlumat və xidmətlərə sadə prosedurlarla əlçatanlığı üçün konkret sahə üzrə bölmələr fəaliyyət göstərir.

Həmçinin sosial təminat növləri, aktiv məşğulluq tədbirləri, proqram və layihələr, istehsalat təqvimi, tender, müsabiqə və müsahibə elanları, vakansiyalar, müraciətlər, zəruri məlumatlar, mənzil və minik avtomobili almaq üçün növbəlilik siyahıları, bu təminatlar üçün tələb olunan sənədlərin siyahıları və s. müvafiq olaraq ayrıca bölmələrdə təqdim edilir.

Xatırladaq ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin (CERT) 2018-ci ilin yekunlarına əsasən açıqladığı məlumata əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytı ötən il ən çox istifadə edilən rəsmi saytlar sırasında birinci olub.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.03.2019
Azərbaycanda mart ayı üzrə ünvanlı sosial yardımların ödənişi başa çatdırılıb
22.03.2019
Bu şəxslərə də gələn aydan Prezidentin təqaüdü veriləcək
18.03.2019
Şəhid ailələri ziyarət edildi - general-leytenant Arzu Rəhimovun təşəbbüsü ilə
18.03.2019
Aprelin 1-dən yaşa görə müavinətlər 80 faizə yaxın artırılacaq
14.03.2019
Nazirliklə “Bakı Metropoliteni” arasında Anlaşma Memorandumu imzalandı