Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6081

Digər sorğular

Qızından Əzizbəylinin durumu ilə bağlı - Açıqlama

17:51  |    07 Yanvar 2019  |   E-mail  |  Çapa göndər


Xalq artisti Ramiz Əzizbəylinin səhhətindəki kritik dönəm hələ keçməyib.

Bunu Report-a açıqlamasında xalq artistinin qızı Cəlalə Əzizbəyli deyib. O bildirib ki, bəzi məsələlər sual altındadır:

“Həkimlər ümumi olaraq deyirlər ki, vəziyyəti gözlədiklərindən yaxşıdır. Əməliyyat olunub və sonrakı proses hələ ki, uğurla davam edir. Həm şəkəri var, həm də insult keçirib. Beyinin neçə faizi uzun illərdir işləmir. Buna görə də xəstəliyinin gedişatını dəqiq bilmək mümkün deyil. Amma həkimlər qanqrenin artma ehtimalını dəqiq deyə bilmirlər. Bunun üçün zaman lazımdır. Şəkər və insulta görə tərəddüdləri var".

Xalq artistinin qızı qeyd edib ki, həkimlər yanına çox adamın gəlməsinə icazə vermir:

“Ancaq yenə də sağ olsunlar dostlar, çox istəyənlər gəlib görürlər. Həkim və tibb bacısı hər gün gəlib yoxlanış edirlər”.

Qeyd edək ki, xalq artisti R.Əzizbəyli bir neçə ildir iflic, yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkir. Eyni zamanda qanqrenadan əziyyət çəkən xalq artistinin ayağı barmaq hissədən amputasiya olunub.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.01.2019
Könül Xasıyevaya ağır itki üz verdi
08.01.2019
“Nişandan sonra 3 ay görmədim” – Mərhum xalq artistinin həyat yoldaşı – VİDEO
07.01.2019
Xalq artisti Amaliya Pənahovanın xatirəsi anılacaq
02.01.2019
Müslüm Maqomayevin ABŞ-dakı yadigarı - Marina xanım
01.01.2019
"Qəribə təsadüf və ya həmişə təmizlikdə" Rusiyada xristianlar üçün zərərli hesab edilib