Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6081

Digər sorğular

2019-cu ildə dünyanı nə gözləyir - siyasi və iqtisadi proqnozlar

22:30  |    04 Yanvar 2019  |   E-mail  |  Çapa göndər


Qabil Hüseynli: “Əgər İran danışıqlar prosesinə qatılmasa, problemin hərbi müstəviyə keçməsi ehtimalı kifayət qədər realdır”; Natiq Cəfərli: “2019-cu ildə ən ağrılı məsələ ticarət və valyuta müharibələridir ki, bu da dünya ticarətinin artım tempinin aşağı düşməsinə səbəb ola bilər”

2018-ci il çox ciddi siyasi hadisələrlə yadda qaldı. Xüsusən də ötən ilin sonlarında kəskinləşən ABŞ-İran münasibətləri və ikinciyə tətbiq olunan sanksiyalar dünya siyasi arenasına, eləcə də qlobal birjalara təsirsiz ötüşmədi. Bəzi konfliktlərin və siyasi proseslərin 2019-cu ildə də davam edəcəyi istisna deyil. Bəs görəsən, politoloqların 2019-cu ildə beynəlxalq siyasətlə bağlı proqnozları nədir?

“Yeni Müsavat”a açıqlamasında proqnozlarını açıqlayan Qabil Hüseynli bu ilin gündəminin də qaynar olacağını istisna etmədi: “Dünya siyasətinin gündəmində bu gün Amerikanın sanksiyalarıdır ki, bu gün də davam edir. Bu sanksiyaları müdafiə edən, ona qoşulan dövlətlərin də sayı yetərincədir və nüfuzlu bir dəstə təşkil edirlər. Bu sanksiyalar ilk növbədə Rusiyaya qarşı yönəldilib, indi İrana qarşı daha təsirli sanksiyalar tətbiq edilməkdədir. Uzun müddətdir ki, bu sanksiyalar Şimali Koreyaya da tətbiq edilir”.

Politoloqun sözlərinə görə, bu gün hədəfdə olan ölkə İrandır, onun ardınca isə Rusiya gəlir: “İran məsələsi bu gün kifayət qədər aktuallaşıb. əgər İran rəhbərliyi siyasi manevrlər edib məsələnin danışıqlar stolu ətrafında çözülməsinə nail ola bilməsə, danışıqlar prosesinə qatılmasa, problemin hərbi müstəviyə keçməsi ehtimalı kifayət qədər realdır. Bunun üçün təxmini zaman da söyləmək olar. Prosesin sanki düyməsi basılıb. İki-üç ay ərzində bu proseslər zirvə nöqtəsinə çata bilər. Əgər o zamana qədər İran danışıqları başlamaqla bağlı müsbət cavab verməzdə bu qaçılmaz olacaq”.

Türkiyəyə gəldikdə isə Q.Hüseynli bildirdi ki, qardaş ölkənin mövqeləri kifayət qədər möhkəmdir: “Amerika ilə münasibətlər sağlam zəminə oturdulmaqdadır. Türkiyə öz təhlükəsizliyini təmin etmək üçün İraqla olan 710 kilometrlik sərhəd boyunca aktiv əməliyyatlar aparmaq, PKK və YPĞ terrorçularına qarşı əməliyyat keçirmək üçün həm Amerikanın , həm də Rusiyanın xeyir-duasını alıb. Bu proseslər yaxın günlərdə başlaya bilər. Türkiyə həm Amerika ilə, həm də Rusiya ilə münasibətləri sağlamlaşdırıb. Bölgənin super dövlətinə çevrilmək iddiasını reallaşdırmaq üzrədir. Qardaş Türkiyə Respublikasının belə bir mövqeyə gəlib çatması Azərbaycanın da siyasi maraqlarına cavab verir”.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 2019-cu il proqnozlarını da bölüşən politoloq nikbin olduğunu qeyd etdi: “Azərbaycan diplomatiyasının və şəxsən prezident İlham Əliyevin səyləri aparıcı dövlətlərinin ortaq mövqeyi formalaşır. NATO-nun zirvə toplantılarının verdiyi bəyanatlarda, Avropa Birliyi Parlamentində qəbul edilən qərarlarda, Avropa Şurasının daha əvvəl verdiyi qərarlarda və İslam Əməkdaşlıq Təşkilatı Konfransının məlum bəyanatlarında məsələnin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi barədə qəbul edilən qərarlarda bu öz əksini tapıb. Məsələyə ədalətli yanaşma prosesi demək olar ki, başa çatmaqdadır. Bu baxımdan biz 2019-cu ilə böyük ümidlər bəsləyirik. Belə hesab edirik ki, təkcə Ermənistan və onun bəzi qəyyumlar istisna olmaqla dünyanın aparıcı ölkələri və beynəlxalq təşkilatları problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyirlər”.

Cari ilin iqtisadi baxımdan necə keçəcəyi ilə bağlı qəzetimizə danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, 2019-cu il əslində ötən ilin problemlərini də özü ilə birgə daşıdı: “2018-ci ildə dünya iqtisadiyyatına təsir edəcək gücə malik olan ciddi problemlər bu ilin də əsas gündəminə çevriləcək. Söhbət ticarət müharibələrindən, gömrük rüsumlarının artırılması yolu ilə ölkələrin bir-birinə təsir etmə mexanizmlərindən, valyuta müharibələrindən gedir. Bəzi ölkələr öz valyutalarının dəyərdən düşməsi hesabına ticarətdə üstünlük qazanmağa çalışırlar. Digər ölkələr də bunun əleyhinə müəyyən addımlar atır. Məsələn, Çin həm ticarət müharibələrində , həm də valyuta müharibələrində çoxgedişli addımlar atır. Yuanın dəyərdən düşməsi Çin iqtisadiyyatına müsbət təsir göstərir. Çin hökuməti yuanı dəyərdən salaraq ticarətdə üstünlük qazanmağa çalışır”.

İqtisadçı ekspertin gözlərinə görə, bu il dünya ticarəti ilə bağlı yeni qaydalar da gündəmə gələ bilər: “Üçüncü qlobal məsələ isə dünya ticarətində yeni qaydaların qoyulacağı ilə bağlı gözləntilərdir. Ümumdünya Ticarət Təşkilatının onillərdir qüvvədə olan qaydaları artıq müasir texnologiyaların tətbiq olunduğu yeni dünyada qənaətbəxş sayılmır. Çox güman ki, bu il bu yeni qaydalarla bağlı diskussiyaların genişlənməsi və ölkələrin yeni təkliflər, təşəbbüslərlə çıxış etməsi ilə yadda qalacaq. Ən ağrılı məsələ ticarət və valyuta müharibələridir ki, bu da dünya ticarətinin artım tempinin aşağı düşməsinə səbəb ola bilər. Bu da bütün dünya ölkələrinin iqtisadi göstəricilərinə təsir göstərəcək”.

“Yeni Müsavat”
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
09.01.2019
“Zopa ilə döyürlər, heç kim səsini çıxarmır” – Deputat
01.08.2018
Mattarella Bakıdan sonra niyə İrəvana getdi? Şərh
30.07.2018
Bu hərbi bazaları ona görə qapatdıq ki... - Lavrov
29.07.2018
Baxçalıdan Trampa: Bu ayıbdır, əxlaqa ziddir!
27.07.2018
Zaranı qəsddən göndəriblər- deputatdan sensasion iddia