Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6205

Digər sorğular

Tacirdən Fədayə ilə bağlı açıqlama: "Ürəyimə damıb ki..."

20:23  |    27 Dekabr 2018  |   E-mail  |  Çapa göndər


Tacir Şahmaloğlu ötən gün Bakıda məhbusların nəzarət altından qaçmasında təqsirləndirilərək 5 il azadlıqdan məhrum edilən müğənni Fədayə Laçının cəzasına narazılığını bildirib.

Qaziler.az milli.az-a istinadən xəbər verir ki, T.Şahmaloğlu məhkəmə qərarının onun üçün gözlənilməz olduğunu, keçmiş duet ortağının cəzasını ağır hesab etdiyini qeyd edib. Tacir apelyasiya şikayəti verəcəkləri təqdirdə Fədayənin cəzasının xeyli yüngülləşdiriləcəyinə ümid etdiyini də sözlərinə əlavə edib:

"Aramızdan ürək dostumuz gedib. Dua edirəm ki, Allah onun qapısın açsın. Mən əslində onun əfv ediləcəyini gözləyirdim. Amma eybi yox, 5 il də bir şey deyil.

Apelyasiya məhkəməsindən sonra, fikirləşirəm ki, cəzası yüngülləşdiriləcək. Ürəyimə damıb ki, onu yüngül bir cəza ilə azadlığa buraxacaqlar. Çünkü onun nə günahı var ki? O, günahsız bir insandır. Fədayə "çujoy-paxmel" getmişdi. Fədayə elə insan deyil axı. O, heç vaxt kriminal olmayıb. Hər bir gözəl insani xüsusiyyət onda var. Fədayə sadəcə kiminsə güdazına getdi".

Qeyd edək ki, dünən Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilən xanım sənətkar Fədayə Laçının vəkili Nurəngiz Qarayeva qərardan narazı olduqlarını bildirib:

"Biz hökmlə razı deyilik. Hələ ki, hökmü almamışıq. Hökmü alandan sonra apellyasiya şikayəti verəcəyik. Yəqin ki, qərarı yeni ildə alacağıq. Hökm alınandan sonra apellyasiya şikayəti hazırlayıb məhkəməyə təqdim edəcəyik".
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.03.2019
Araq, serroz və son rol - Səməndər Rzayevin ÖMÜR YOLU
22.03.2019
“Diriliş Ertoğrul”un final tarixi bəlli oldu
21.03.2019
Alim Qasımov UNESCO-nun baş qərargahında konsert verib
18.03.2019
Prezident daha bir aktyora ev bağışladı
11.03.2019
Fuad Poladovun oğlu nişanlandı