Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6319

Digər sorğular

Nostradamusun 2018-ci il öngörüsü: Hansı gerçəkləşdi?

16:33  |    24 Dekabr 2018  |   E-mail  |  Çapa göndər


Hər ilin sonu-yeni ilin əvvəli ictimaiyyəti maraqlandıran məsələlərdən biri də növbəti ildə dünyanı hansı hadisələrin gözləməsidir.

Bəzən məşhur öncəgörənlərin, ekstrasenslərin verdiyi proqnozlar il ərzində öz təsdiqini taparaq, hər kəsi heyrətləndirir.

Dünyanın ən məşhur kahinlərindən olan Nostradamus 2018-ci il üçün verdiyi proqnozda Katolik kilsəsinin liderinin öləcəyini, terrorun ilin ən böyük problemi olacağını, qlobal istiləşmə səbəbilə böyük silahlı qarşıdurmalar yaşanacağını, Çinin yeni supergücə çevriləcəyini, ABŞ-ın qarışacağını, III Dünya müharibəsi məsələsində əhəmiyyətli il olacağını bildirmişdi.

Maraqlıdır, Nostradamusun 2018-ci illə bağlı verdiyi hansı proqnoz özünü doğrultdu?

Kult.az xəbər verir ki, 2018-ci il təbii fəlakətlər, qanlı terror aktları və dəhşətli qəza hadisələri ilə yadda qaldı. Bu il xüsusilə təyyarə qəzalarının yaşandığı il oldu.

Cənubi Koreyanın Miryanq şəhər xəstəxanasında baş verən yanğın nəticəsində 41 nəfər faciəli şəkildə həlak oldu.

Əfqanıstanın paytaxtı Kabildə nəqliyyat vasitəsinin partladılması zamanı 95 nəfər dünyasını dəyişdi.

Aralıq dənizində Liviyadan olan miqrantları daşıyan qayığın batmasına görə 90 nəfər öldü.

Ən şok olay isə Rusiyanın Saratov Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması idi. Hadisə nəticəsində 71 sərnişindən sağ qalan olmamışdı.

Bundan başqa, Rusiya Hava Qüvvələrinə aid An-26 tipli yük təyyarəsi Suriyadakı Hmeymim bazası yaxınlığında qəzaya uğradı və olayda 32 nəfər həyatını itirdi.

İranın Aseman Hava Yollarına aid 65 nəfəri daşıyan təyyarənin İsfahan yaxınlığında qəzaya uğraması nəticəsində bütün sərnişinlər öldü.

Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş vermiş yanğın 64 nəfərin həyatına son qoydu.

İndoneziyanın Sulavesi adası yaxınlığında 7.7 bal gücündə zəlzələ baş verdi və 1203 nəfər həlak oldu.

Əlcəzairdə İl-76 tipli hərbi təyyarənin qəzaya uğraması nəticəsində 267 nəfər həyatını itirdi.

Yunanıstanda meşə yanğınları: 92 nəfər öldü, 187 nəfər yaralandı.

Bütün bu faciələrə baxmayaraq, Nostradamusun 2018-ci il öngörüsünün hansının reallaşdığı sualına cavab tapmaq asan deyil.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
27.04.2019
Narkotik satıcısı sahibini polislərə qarşı xəbərdar edən tutuquşu belə cəzalandırıldı
10.03.2019
Bir şəklin tarixçəsi - Brejnevin azərbaycanlı imperatriçəyə heyran olmağı...
06.03.2019
Tereşkova Sara Qədimovanı necə xilas etdi?
04.02.2019
“WhatsApp”dan YENİLİK
02.02.2019
Zabit Səmədov “Diriliş Ertuğrul”un çəkiliş meydanında - Fotolar