Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6009

Digər sorğular

Azərbaycan “İsgəndər” və “S-400”dən üstün raketlər almağa hazırlaşır

21:24  |    06 Dekabr 2018  |   E-mail  |  Çapa göndər


"Azərbaycanla Fransa arasında hava hücumundan müdafiə sistemlərinin və dəniz silahlarının alqı-satqısına dair görüşmələrə 2014-cü ildə başlanılıb. Bu, böyük həcmli proqramdır. Əgər imzalanarsa, Azərbaycan tarixinin ən böyük satınalma layihəsi olacaq".

Bu barədə Azvision.az-a açıqlamasında hərbi ekspert Rəşad Süleymanov bildirib. Onun sözlərinə görə, proqramda Fransanın “MBDA Systems” şirkətinin Azərbaycana 2 istiqamət üzrə raket texnologiyası satması nəzərdə tutulur.

"Bunlardan birincisi hava hücumundan müdafiə sistemidir. Daha dəqiq desək, ASTER 30 SAMP/T zenit-raket kompleksləri və “VL Mica” hava hücumundan müdafiə sistemləridir. Onların radar və idarəetmə sistemləri Fransanın “Thales” şirkətində istehsal olunub. ASTER 30 SAMP/T kompleksi ballistik hədəfləri ələ keçirmək və onları məhv etmək üçün nəzərdə tutulub. Bu, dünyanın ən müasir və mükəmməl hava hücumundan müdafiə sistemlərindən sayılır. Hətta ABŞ-ın bu tip sistemləri ilə rəqabət aparır. ABŞ texnologiyasına alternativ olaraq Avropa konsorsiumu tərəfindən hazırlanıb və Avropa dövlətlərinin hava hücumundan müdafiəsi üçün nəzərdə tutulub. ASTER 30 SAMP/T kompleksi 120 km-ə qədər məsafədə ballistik raketlərə qarşı mübarizə aparır. ASTER 30 SAMP/T sistemi öz imkanlarına görə Rusiyanın “İsgəndər” operativ taktik raketlərinə qarşı mübarizə aparacaq azsaylı sistemlərdən hesab olunur. Həmçinin, Rusiyanın “S-400” komplekslərinin də əsas rəqibidir. Digər istiqamət isə dəniz raket sistemləridir. Hər halda bu sistemlər Hərbi Dəniz Qüvvələrinin yeni alınacaq gəmilərində və sahil müdafiə sistemlərində istifadə olunacaq".

Ekspert qeyd edib ki, bunlar Azərbaycanın indiki şəraitdə daha mükəmməl hava hücumundan müdafiəsini təmin etmək üçün vacibdir. R.Süleymanov diqqətə çatıdırb ki, bu günlərdə mətbuatda “Bal-E” raket sistemlərinin alınmasında Azərbaycanın maraqlı olduğu, lakin Rusiyanın kompleksin Azərbaycana satışını məqsədəuyğun saymaması barədə məlumatlar yayılıb. Onun sözlərinə görə, Rusiya “Bal-E” raket sistemlərini sərhəd dövlətlərinin hər hansı birinə satmayıb.

Hərbi ekspert əlavə edib ki, “MBDA Systems” şirkəti sentyabr ayında Bakıda keçirilən hərbi sərgidə özünün ASTER raketini və gəmi silahlanması üçün olan raketlərini maket halında öz stendlərində nümayiş etdirib6 "Eləcə də orada görüşlər keçirilib. “MBDA Systems”in raketləri hal-hazırda “Eurosam” konsorsium tərəfindən istehsal edilir. Şirkət bütün danışıqları bitirdiyini açıqlayıb. Söhbət burada texniki tərəflərdən, lisenziyalardan gedir. Sadəcə Azərbaycanın imza atması qalır".
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.12.2018
Müdafiə naziri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşüb
13.12.2018
Etimad Əsədovun büstü hazırlanır - FOTO
13.12.2018
Şəhid ailələrinə, 20 Yanvar və Qarabağ əlillərinə mənzillər verildi - FOTOLAR
13.12.2018
İlham Əliyev icra başçısını işdən çıxartdı
13.12.2018
Növbəti üç günün hava proqnozu açıqlanıb