Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6321

Digər sorğular

45 nəfər əlilliyi olan şəxs Naxçıvan MR-dəki müalicə müəssisələrinə yola salınıb

17:33  |    06 Dekabr 2018  |   E-mail  |  Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 45 nəfər əlilliyi olan şəxs Naxçıvan MR-dəki müalicə müəssisələrinə yola salınıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 45 nəfər əlilliyi olan şəxs Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Naxçıvan Muxtar Respublikasındakı müalicə müəssisələrinə yola salınıb.

Bildirilib ki, fiziki məhdudiyyətli insanlarla bağlı nazirlik tərəfindən aparılan işlərin bir istiqaməti də həmin insanların sağlamlıqlarının bərpasına yönəlib. Hazırda 45 nəfərin 10 gün müddətinə Naxçıvan MR-dəki müalicə müəssisələrinə yola salınması da bu məqsədlə görülən işlərdən biridir. Göndərilən şəxslərin xəstəliklərinə uyğun olaraq 19 nəfəri “Duzdağ” Fizioterapiya mərkəzində, 16 nəfəri Darıdağ Arsenli Su Müalicəxanasında müalicə kursu keçəcək. Qalan 10 nəfər isə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində müayinə olunaraq müalicə kursu keçəcəklər.

Yola salınan əlilliyi olan şəxslər onların tibbi-sosial reabilitasiyası, sağlamlıqlarının bərpası üçün görülən işlərdən razı qaldıqlarını, səmərəli müalicə kursu keçmələri üçün yaradılan şəraitə görə minnətdarlıqlarını ifadə ediblər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
25.05.2019
“Qəhrəmanlar unudulmur” layihəsi Şamaxıda - FOTOLAR
25.05.2019
Qarabağ qaziləri pensiyalarının azalmasına etiraz edir
24.05.2019
Qədr gecəsi nə vaxtdır, fəzilətləri nələrdir? – Hacı Şahin
24.05.2019
Müdafiə Nazirliyi: Ordumuzun Naxçıvan istiqamətində mövqelərini tərk etməsi barədə fikirlər yalandır
24.05.2019
Nəcməddin Sadıkov pensiyaya göndərilir? - General üçün qərar anı