Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6009

Digər sorğular

Şirkət rəhbəri layihəyə ayrılmış pulla Bakıda özünə villa tikdirib (İDDİA)

16:33  |    06 Dekabr 2018  |   E-mail  |  Çapa göndər


"Fair Group" tikinti şirkəti "Xəzər Waterfront" layihəsindən kənarlaşdırılıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, buna səbəb ayrılan pulun şirkət rəhbərliyi tərəfindən mənimsənilməsi və verilən işin vaxtında başa çatdırılmaması olub. Mənbəmizin sözlərinə görə, şirkətin rəhbəri Həsən Quliyev layihə üçün ayrılan yarım milyon manatın 300 mini ilə özünə Bakı ətrafında villa tikdirib və lüks avtomobil alıb. Qalan pulla isə işçilər toplanılsa da, şirkət işi yarımçıq icra edib.

Qeyd edək ki, "Fair Group" layihədən uzaqlaşdırıldığı üçün 40-dan çox fəhlə də işini itirib. 2 aydır maaşlarını ala bilməyən fəhlələr işdən çıxarıldıqdan sonra əmək haqqılarının bir hissəsini alsalar da, 1 ayın pulu (ümumilikdə təxminən 30 min manat) hələ də verilməyib. Fəhlələrdən birinin sözlərinə görə, "Fair Group"un müdir köməkçisi Faiq Vəliyev yalançı vədlərlə onları aldadır və maaşın bu gün, sabah köçürüləcəyini deyərək, fəhlələri get-gələ salır.

Fəhlələr məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə də şikayət ediblər. Şirkət isə ittihamları rədd edir.

Maraqlıdır ki, paytaxtın ən böyük layihələrindən biri olan "Xəzər Waterfront"da işləri yarımçıq qoyan "Fair Group" şirkəti "Ağ şəhər"də də bir layihəni icra edir.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.12.2018
Müdafiə naziri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşüb
13.12.2018
Etimad Əsədovun büstü hazırlanır - FOTO
13.12.2018
Şəhid ailələrinə, 20 Yanvar və Qarabağ əlillərinə mənzillər verildi - FOTOLAR
13.12.2018
İlham Əliyev icra başçısını işdən çıxartdı
13.12.2018
Növbəti üç günün hava proqnozu açıqlanıb