Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6009

Digər sorğular

Əlillərin dövlət qulluğunda işləmək və sahibkarlıq hüquqları tanınmır

10:23  |    06 Dekabr 2018  |   E-mail  |  Çapa göndər


Təhsil haqqından azad olan Qarabağ əlillərindən imtahana buraxılmağa 110 manat tələb olunur

Əlillərin işlə təmin olunması sahəsində hökumət beynəlxalq təşkilatlar və Konstitusiya qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəmir. Nə ölkədə mövcud olan iş yerləri kvota ayırır nə də dövlət qulluğunda işləməyə , kommersiya fəaliyyəti ilə məşğul olmağa şərait yaradılır. Konstitusiyada isə əlillərin seçmək -seçilmək, dövlət orqanlarında işləmək sahibkarlıqla məşğul olmaq hüququ təsbit olunub. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun tələbinə görə, müvafiq icra hakimiyyəti orqanları əlillərin evdə əməyinin və sahibkarlıq fəaliyyətinin təşkilinə şərait yaratmalıdır. Hətta bu məqsədlə onların xammalla təchiz olunması və vergi güzəştlərindən yararlanması nəzərdə tutulub. Amma icra hakimiyyəti orqanları nəinki əlillərə kommersiya fəaliyyəti ilə məşğul olmağa şərait yaradır, əksinə, onların iş yerlərini də əllərindən alırlar. Elə iki gün öncə Sumqayıtda nəqliyyat xidməti ilə məşğul olan əlil sahibkarların marşrutdan qovulması faktı bunu sübut edir. Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 5 nəfər 1-ci qrup Qarabağ əlilinin avtoyuma obyektinə şərik qoşması da faktdır. Rabitə ,internet xidməti ilə məşğul olanlara da Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin telefon rabitəsi qurumları şişirtmə haqq tətbiq edir. Təsəvvür edin, aylıq abunə haqqı 2 manat olduğu halda əlillərdən telefona görə aylıq 8 manat ödəniş alınır. Sabunçu Telefon Qovşağı hətta Qarabağ əlillərinin sahibkarlıq köşkündən aylıq “dolya “ tələb edib ala bilmədiyindən , köşkün uçurulmasına nail olub. Hələ də bu vandalizmə görə əlillərə dəyən ziyanın ödənilməsi təmin olunmayıb. Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin də əlillərə qarşı aqressivliyi söz qonusudur. 2 il qabaq bu Departamentin işçiləri gözdən əlil Qarabağ əlilini məhkəmə qərarı olmadan sahibkarlıq köşkündən aparıb 3 aya yaxın həbsdə saxlayıblar. Guya cəmi 2 ay qabaq tikilən köşkdə gözdən əlil vətəndaş bir ildi qanunsuz idman -mərc oyunu təşkil edib və yüz minlərlə pul qazanıb. Yeri gəlmişkən, əlillərin idman-mərc oyunları ,valyuta dəyişmə kimi nisbətən yüngül işlərlə məşğul olmasına da qadağa qoyulub . Gənclər və İdman Nazirliyi lisenziya vermir, Mərkəzi Bank isə 50 minlik depozit tələb edir. Fikrimizcə, əlillərə münasibətdə bu xidmət sahələrində işləməyə güzəştlər tətbiq edilməlidir. Onu da vurğulayaq ki sahibkarlıqla məşğul olan əlillərdən ikiqat -üçqat artıq kommunal xidmət haqqı tələb edilməsi, işıq, istilik ,qaz,su ,telefon-internet xətti çəkilməsinə görə qanunsuz ödəniş tələb edilməsi də dövlətin və onun başçısının sosial-iqtisadi siyasətinə ziddir. Elə əlillərə süni əngəllər yaradılması da , ilk növbədə, bu qanunsuz ödənişlərdən başlanır. Başqa sözlə, xidmət qurumları əlillərin sahibkarlıq fəaliyyətinə şərait yaratmaq əvəzinə, onlardan qanunsuz ödənişlər tələb edərək sahibkarlıq hüququna qadağa qoyurlar. Fikrimizcə, bu məsələdə hökumət xidmət qurumları qarşısında konkret vəzifələr qoymalıdır. Eyni zamanda, əlillərin əməyini tətbiq edən müəssisələrə vergi güzəştləri edilməli, əlillərin sosial sığorta haqlarının ödənilməsindən azad edilməsi məsələsi həyata keçirilməlidir
Əlillərin dövlət qulluğuna qəbul olunmasında da problemlər qalmaqdadır. Fikir verin, dövlət əlillərin peşə hazırlığı və təhsillərinə milyonlar xərcləyir və. .. sonda yüksək ixtisas yiyəsi etdiyi əlili test imtahanı yolu ilə dövlət qulluğuna qəbul edir?! Test imtahanı vermək, yəqin ki, belə yüksək ixtisaslı şəxslərə çətin olmaz. Di gəl, imtahanda iştirak etmək üçün 110 manat məbləğində ödəniş etmək olduqca çətindir.
...Fikrimizcə, dövlət orqanlarının yazdıqlarımız haqqında fikirləşməsinə dəyər.
Məğrur Bədəlsoy
Teref.az
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.12.2018
Daha 1115 şəhidin vərəsəsinə birdəfəlik ödəmə qərarı verildi
12.12.2018
Nazirliyin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
12.12.2018
Dövlət Məşğulluq Xidməti bu il 52 rayon və şəhərdə dəyirmi masalar keçirib
11.12.2018
Nazirlikdə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin missiya direktoru ilə görüş olub
07.12.2018
330 məcburi köçkün üçün kiçik ailə təsərrüfatı yaradılıb