Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6009

Digər sorğular

Putindən söz verdi: ABŞ cavab verməli olacaq

23:37  |    05 Dekabr 2018  |   E-mail  |  Çapa göndər


Rusiya Orta və Yaxın Mənzilli Raketlərin ləğv edilməsi üzrə Müqavilənin (OYMRM) pozulmasının əleyhinədir, ancaq ABŞ-ın onun icrasını dayandırmasına cavab verməli olacaq.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın dövlət katibi Mayk Pompeo tərəfindən bu məsələ ilə bağlı səslənidirlən fikirlərə şərh verərkən bildirib.

Onun sözlərinə görə, Amerika Konqresi OYMRM haqqında qərarının açıqlanmasından əvvəl müvafiq raketlərin yaradılması üçün pul ayırıb.

"Yəni qərar çoxdan qəbul edilib, amma bunu sakitcə ediblər. Düşünürdülər ki, bunu görməyəcəyik. Amma Pentaqonun büdcəsində artıq bu raketlərin hazırlanması yer alıb. Onlar yalnız bundan sonra müqavilədən çıxdıqlarını elan ediblər", - V.Putin deyib.

Rusiya Prezidenti müqavilənin pozulacağı halda, buna cavab verəcəklərinə söz verib: "Sayları, yəqin ki, artıq onlarla olan bir çox başqa ölkələr belə silahlar istehsal edir. Rusiya və ABŞ isə bir-birlərini ikitərəfli qaydada məhdudlaşdırıb. Görünür, indi amerikalı tərəfdaşlarımız vəziyyətin çox dəyişdiyini, ABŞ-ın da belə silahlara malik olmasının zəruriliyini hesab edirlər. Cavabımız nə olacaq? Çox sadə: o zaman biz də bunu edəcəyik".
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.12.2018
“Təxribatdır” – Rusiyadan NATO və ABŞ-a Qafqaz xəbərdarlığı
13.12.2018
Qarabağda kütləvi istefalar: Paşinyanın qisas əməliyyatı
13.12.2018
Fizuli Məmmədov 100 şəhid anasının hər birinə 11 min manat ödəməyə hazır olduğunu bəyan edib
13.12.2018
ABŞ Türkiyəyə qarşı çıxarsa, dünyanın xəritəsi dəyişər - Ağar
12.12.2018
Türkiyə Ordusu bir neçə günə böyük əməliyyata başlayır