Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6009

Digər sorğular

Qarabağ qazisi: "Zakir Fərəcovun qazilərə qarşı əməli utancvericidir"

21:53  |    05 Dekabr 2018  |   E-mail  |  Çapa göndər

Xəbər verdiyimiz kimi Sumqayıt icra hakimiyyəti başçısı Zakir Fərəcovun tapşırığıyla 15 Qarabağ əlilinin işdən çıxarılmasına dair məlumat yayılıb

33 saylı marşrut xəttindən Qarabağ əlillərinin avtobusları çıxarılıb. Bu marşrut xətti üzrə avtobuslarda çalışan Qarabağ əlilləri faktı təsdiqləyiblər.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev bildirib ki, həmin 33 saylı marşut xətti hal-hazırda boş deyil. “Yeni avtobuslar gətirilib və xəttə buraxılıb. Bu gün bütün marşut xətləri yenilənir. Sumqayıtda nəqliyyatın inkişafı ilə bağlı pilot layihə də var Həmin pilot layihə çərçivəsində bu işlər görülür. Eləcə də qeyd olunan 33 saylı xəttə yeni avtobuslar gətirilir. Həmin xəttdə işləyən sürücülər işə dəvət olunub və bir çoxları müqavilə bağlayıblar. Onlar da yenidən işləyəcəklər”.

Vətən Müharibəsi Əlillər Birliyinin sədri, Qarabağ qazisi Firidun Məmmədov Sumqayıt Şəhər İcra Hakimiyyəti rəsmisinin dediklərini tamamilə "yalan məlumat" adlandıraraq Qaziler.az saytına bunları bildirib: "Onu deyim ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti əvvəldən bu məsələyə münasibətdə özünü çox qərəzli apardı. Qarabağ əlilləri Sumqayıt şəhərində sərnişindaşıma fəaliyyəti ilə 1999-cu ildən məşğuldurlar. Onlar əvvəllər şəhərin mərkəzində 2 saylı marşrutu işlədirdilər. Bir il əvvəl şəhər icra hakimiyyəti rəhbərliyi islahatları bəhanə edərək onların marşrut xəttini əlindən aldı və şəhərdən kənara, Corat qəsəbəsinə "yönəltdi", 12 saylı marşuruta. Bununla da kifayətlənməyərək indi də onların 12 saylı xəttinə yiyələndi. 33 saylı marşrut xəttini vəd etsə də onu da vermədi. Oradan öz ailəsini dolandıran 20 nəfər Qarabağ əlili hazırda tam işsizdir. Onu da qeyd edim ki, onların sərnişin avtobusları yetərincə təzə, standartlara cavab verən, hətta mən deyərdim ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin gətirdiyi avtobuslardan daha tutumlu və daha rahat avtobuslardır.

İcra hakimiyyəti başçısı öz şəxsi mənafeyini güdərək qərəz nümayiş etdirir. Aldığımız məlumata görə, şəhər icra hakimiyyətinin dövlətin adından apardığı bu "islahatlar"ın kökündə hər hansı bir MMC-nin, şirkətin mənfəəti nəzərdə tutulur və gətirilən avtobuslar da Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının qohum-əqrabalarının adına gətirilir.

Qeyd etmək istəyirəm ki, Azərbaycan prezidentinin 1993, 1997, 2014-cü illərdə imzaladığı fərmanlarda müharibə əlilləri və şəhid ailələrinin işlə təmin olunması üçün obyektlərin açılması, işlə təmin olunmaları ilə bağlı tapşırıqlar var.

Bu vətənin dar günündə könüllü olaraq özünü güllə qabağına atan insanların başına Sumqayıtda bu işlərin gətirilməsi çox acınacaqlıdır və təəssüf doğurur. Mən Zakir Fərəcovun yadına salmaq istəyirəm ki, bu oğlanlar torpaqlarımızın müdafiəsində iştirak etmiş, qanı bu Vətənin torpağına tökülmüş insanlardır. Mən Zakir Fərəcova bu əməlləri yaraşdırmıram və hesab edirəm ki, cənab Ali Baş Komandanımız bu baş verənlərdən xəbərdar olan kimi ölçü götürəcək və müharibə əlillərinin haqqının, hüququnun tanınması üçün Zakir Fərəcova lazım olan tapşırığı verəcək. Biz dəfələrlə bunun şahidi olmuşuq".

Firidun Məmmədov bu məsələ ilə bağlı Qarabağ qazilərinin hansı addımlar atacağı ilə Qaziler.az saytının sualına cavab olaraq bunları deyib: Onlar prezident administrasiyasını da aldadırlar. Bildiriblər ki, guya artıq əlillərlə müqavilə imzalanıb və onlar işləyirlər. Biz prezident administrasiyasında olanda orada məsul şəxslərdən biri məsələ ilə bağlı Zakir Fərəcova zəng vurdu, o isə əllillərin problemini dandı və bildirdi ki, onlar işləyirlər. İcra başçısı bizi Sumqayıta dəvət etdi. Qəbulda isə onun müavini və Xandı Rüstəmov iştirak edirdi. Mən Xandı Rüstəmovu kimliyi məlum olmayan vətən, xalq düşməni adalandırardım. Onun müdaxiləsi nəticəsində indi belə bir vəziyyət yaranıb.

Növbəti addımlarımıza gəlincə, indi sözün həqiqi mənasında aclığa məhkum edilmiş müharibə əlilləri prezidentə müraciət hazırlayıblar. Yəqin ki həmin müraciət prezidentə göndəriləcək və mətbuatda yayılacaqdır. Külli miqdarda kredit borcları olan həmin qazilər aclıq aksiyası keçirmək niyyətindədirlər. Biz çalışacayıq ki, onlar hələlik bu addımı atmasınlar. Biz istəyirik ki, vəziyyət o həddə çatmamış problem həll olunsun. Əks halda onlar bu addımı atacaqlar. Çünki başqa çarələri yoxdur".
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.12.2018
Daha 1115 şəhidin vərəsəsinə birdəfəlik ödəmə qərarı verildi
12.12.2018
Nazirliyin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
12.12.2018
Dövlət Məşğulluq Xidməti bu il 52 rayon və şəhərdə dəyirmi masalar keçirib
11.12.2018
Nazirlikdə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin missiya direktoru ilə görüş olub
07.12.2018
330 məcburi köçkün üçün kiçik ailə təsərrüfatı yaradılıb