Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6009

Digər sorğular

Azərbaycanın Rus icması Zatulinə etiraz etdi

20:41  |    05 Dekabr 2018  |   E-mail  |  Çapa göndər


Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitə sədrinin birinci müavini Konstantin Zatulin unudur ki, məhz Ermənistan həqiqi təcavüzkardır və Azərbaycana hücum edərək Xocalı, Ağdam kimi şəhərləri məhv edib və qocaları, qadınları və uşaqları qətlə yetirib.

Virtualaz.org-un məlumatına görə, bu barədə Azərbaycanın Rus icmasının K.Zatulinin Yerevanda keçirilmiş Rusiya-Ermənistan “Lazarev klubu”nun ilk iclasında səsləndirilən fikirlərinə cavab bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, erməni təcavüzkarları 1 milyondan çox sakini öz evlərini tərk etməyə və öz torpaqlarında qaçqın olmağa məcbur edib: “20 ildən çoxdur ki, Azərbaycan və onun rəhbərliyi Dağlıq Qarabağ məsələsini sülh yolu ilə həll etməyə çalışır və yalnız 2016-cı ildə ölkənin aramsız atəşə tutulmasına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri təcavüzkarlara layiqli cavab verdi və müəyyən əraziləri azad etdi”.

Bəyanatda o da vurğulanır ki, Azərbaycanın Rus icması ölkənin ərazi bütövlüyü hüququnu müdafiə etməsini dəstəkləyir, yüzlərlə rus Dağlıq Qarabağı erməni təcavüzkarlardan müdafiə edərkən həlak olub: “Ermənistan daha nə qədər Azərbaycan xalqının səbrini sınaya bilər, azərbaycanlıları öz doğma torpaqlarına qaytarmaq üçün daha nə qədər vaxt lazımdır? Konstantin Zatulin bu suallara cavab verə biləcəkmi?”
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.12.2018
Mariya Zaxarova: "Sergey Lavrov Bakıda Qarabağ münaqişəsini müzakirə edəcək"
13.12.2018
Paşinyan adamını Moskvaya göndərdi: Saakyanı devirir
13.12.2018
Cəbhədə atəşkəs yenidən pozuldu
11.12.2018
XİN: Danimarka şirkəti Dağlıq Qarabağda heç bir iqtisadi fəaliyyətlə məşğul deyil
11.12.2018
Ermənilər Rusiyadan uzaqlaşmağa səs verdilər - Qarabağda müharibə yaxınlaşır?