Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6009

Digər sorğular

Rusiya Paşinyana buna görə vaxt verib – Şərh

14:45  |    05 Dekabr 2018  |   E-mail  |  Çapa göndər


Rusiya Paşinyanla yumşaq davranaraq ona qarşı kəskin addımlar atmır.

Bu sözləri Axar.az-a açıqlamasında “Baku Netvörk” Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov deyib. Ekspert Moskvanın bu davranışının səbəbsiz olmadığını deyib:

“Ermənistanda cərəyan edən proseslər ikibaşlıdır. Bir tərəfdən hakimiyyətini itirmiş Qarabağ klanı əlində olan imkanlardan istifadə etməklə Paşinyana qarşı kampaniya aparır. Hətta qondarma rejimin rəhbəri Bako Saakyanın da Moskvaya Qarabağ klanı tərəfindən göndərildiyini və orada gələcəklə bağlı müzakirələrin aparıldığını düşünürəm. Paşinyan son zamanlar Qarabağla bağlı ard-arda bəyanatlarla çıxış edir. O, seçkiqabağı kampaniyasında bir tərəfdən Sasna Çrerdən istifadə edir, digər tərəfdən isə Qarabağ klanına qarşı hədə-qorxu yağdırır. Belə vəziyyətdə Rusiya Paşinyanla yumşaq davranaraq ona qarşı kəskin addımlar atmır. Moskva bununla açıq şəkildə Paşinyana öz xarici siyasətini müəyyənləşdirməyə vaxt və imkan verir. Ancaq başı daxili siyasətə qarışan Paşinyanın xarici siyasəti yenə də müəmmalı olaraq qalır”.

Politoloq Paşinyanın istənilən halda Rusiya ilə olan münasibətlərini poza bilməyəcəyini bildirib:

“İrəvanda hazırda “Lazarev klubu” adlı bir qurum yaradılıb. Bu qurumun açılışına ermənilərin əsas kuratorlarından olan rusiyalı deputat Konstantin Zatulin, Rusiyadan olan keçmiş həmsədr Vladimir Kazimirov və digərləri gediblər. Onlar çalışırlar ki, Paşinyanın hakimiyyəti Rusiyanın siyasi çərçivəsindən kənara çıxmasın. Əlbəttə ki, seçkilərdən çox şey asılı olacaq”.

Politoloq, ümumiyyətlə, Rusiyanın Ermənistandakı seçkilərə müdaxiləsini istisna edərək, Moskvanın Paşinyan hakimiyyətinə maneçilik törətməyəcəyini bildirib:

“Rusiya Ermənistandakı seçkilərə qarışmayacaq. Çünki Moskva özünü Ermənistanda uduzmuş tərəf kimi təqdim etmək istəməyəcək”.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.12.2018
“Təxribatdır” – Rusiyadan NATO və ABŞ-a Qafqaz xəbərdarlığı
13.12.2018
Qarabağda kütləvi istefalar: Paşinyanın qisas əməliyyatı
13.12.2018
Fizuli Məmmədov 100 şəhid anasının hər birinə 11 min manat ödəməyə hazır olduğunu bəyan edib
13.12.2018
ABŞ Türkiyəyə qarşı çıxarsa, dünyanın xəritəsi dəyişər - Ağar
12.12.2018
Türkiyə Ordusu bir neçə günə böyük əməliyyata başlayır