Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6009

Digər sorğular

Qarabağ “düyünü”nü açmağa daha bir cəhd

10:10  |    05 Dekabr 2018  |   E-mail  |  Çapa göndər


Bu gün Azərbaycan və Ermənistan XİN başçıları Milanda bir araya gələcək; Rusiya problemin həllinə ən böyük maneə olaraq qalır - son gəlişmə və gözləntilər...

Bugün - dekabrın 5-də İtaliyanın Milan şəhərində ATƏT XİN başçılarının 25-ci illik toplantısı başlayacaq. İki günlük sessiya çərçivəsində Azərbaycan və Ermənistanın xarici siyasət idarələrinin rəhbərləri - Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyanın bir araya gələcəyi gözlənilir. Görüşün ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə reallaşacağı bildirilir.

Qeyd edək ki, budəfəki görüşün gündəliyi barədə heç nə deyilmir. Böyük ehtimalla, təmas xəttində atəşkəsin qorunması və iki ölkə rəhbərlərinin mümkün görüşü ilə bağlı məsələlər diqqətdə olacaq, gələn il üçün hansısa planlardan danışılacaq.

Xatırladaq ki, bundan öncə - sentyabr ayında Nyu-Yorkda BMT Baş Məclisinin sessiyası çərçivəsində keçirilən analoji görüş 3 saat çəkmişdi. Lakin həmin görüşdən sonra nizamlama prosesində hər hansı canlanma müşahidə edilmədi. Təbii ki, Ermənistandakı qarışıq vəziyyət də öz sözünü deməkdədir.

Az sonra Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan arasında Düşənbədə MDB sammiti çərçivəsində ayaqüstü görüş oldu və şifahi anlaşma əldə olundu. Lakin rəsmi Bakının xoşməramlı jestini İrəvan layiqincə qiymətləndirmədi, Dağlıq Qarabağ məsələsində qeyri-konstruktiv, destruktiv siyasətə davam elədi. İşğal olunmuş ərazilərimizdə növbəti dəfə qanunsuz hərbi təlimlər keçirildi.

Ardınca həmsədrlər regiona səfər elədilər. Bu da danışıqları dalandan çıxarmaq, Qarabağ “düyünü”nü açmaq üçün stimul ola bilmədi. İlsonu artıq bu qənaətin altını qırmızı xətlə cızmaq olar ki, Minsk Qrupu Qarabağ nizamlanması üçün yetərli potensiala malik deyil və olan-qalan potensialını tükədib.

*****

Böyük ehtimalla, təzə ildə yeni və daha işlək, daha çevik formatın tapılması zəruriliyi bütün ciddiliyi ilə gündəmə gələcək. Məsələn, nizamlama prosesinə Avropa Birliyinin (AB), qardaş Türkiyənin aktiv şəkildə qoşulmasının zamanı çatıb. Bu, sülh prosesində həm də balansı və qərəzsizliyi təmin eləmək üçün vacibdir.

“Avropa Birliyi Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda iştirak etməlidir”. Bunu Azərbaycanın Ştutqartdakı fəxri konsulu Otto Hauzer deyib (Trend). O bildirib ki, Azərbaycan Avropa üçün vacib tərəfdaşdır və bu tərəfdaşlıq qarşılıqlı səmərəli olmalıdır: “Azərbaycan Avropaya neft, gələcəkdə isə qaz tədarük edəcək”.

Fəxri konsulun sözlərinə görə, azərbaycanlıların Dağlıq Qarabağa və digər işğal olunmuş ərazilərə qayıtmaq hüququnun təmin olunması problemin nizamlanmasında ilk addım olmalıdır: “Dağlıq Qarabağ Azərbaycanın ərazisidir və buna heç bur şübhə yoxdur. Azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmaq imkanı olmalıdır”.

O.Hauzer həmçinin Dağlıq Qarabağ və ətraf rayonlardan erməni qoşunlarının çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icrasının vacibliyini vurğulayıb: “Bu, beynəlxalq ictimaiyyətin iradəsidir”. Fəxri konsula görə, etimadın möhkəmləndirilməsi üçün tədbirlər görmək lazımdır, çünki bu tədbirlər danışıqlar prosesinin fəallaşmasına xidmət edir.

Etimad tədbirlərini isə ilk növbədə işğalçı ölkəyə təsir imkanı olan güclər, öncəliklə Rusiya həyata keçirə bilər. Təəssüf ki, Moskva təcavüzkara təzyiq göstərməyə, konfliktin dinc yolla həllini sürətləndirməyə maraqlı görünmür. Bunu Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyanın Moskvaya “səfəri”nə rəsmi Bakının sərgilədiyi sərt etiraza Rusiya XİN sözçüsü Mariya Zaxarovanın reaksiyası da təsdiqləyir. Zaxarova bu “səfər”ə faktiki, haqq qazandıraraq, onun nizamlamaya təsirinin olmadığını iddia eləmişdi.

*****

Bu arada İrəvanda 9 dekabr parlament seçkiləri öncəsi Rusiyanın emissarları təşkil elədiyi “Lazarev klubu” adlanan qurumun ilk iclası keçirilib. Əksər politoloqlara görə, tədbirdə əsas hədəf Ermənistan hakimiyyətindəki yeni qüvvələrə bir daha Rusiyanın Ermənistan üçün nə dərəcədə vazkeçilməz müttəfiq olduğunu xatırlatmaq, Ermənistanın “uzağa” getməsinə imkan verməmək, əks halda, onu hansı acı aqibətin gözlədiyi barədə xəbərdarlıq eləməkdir.

İclasda verilən açıqlamalardan bir daha qənaət hasil olur ki, Moskvanın məqsədi Dağlıq Qarabağ probleminin tezliklə həlli yox, bu problem hesabına Ermənistan və Azərbaycanı öz təsir dairəsində saxlamaqdır. Məsələn, toplantıda MDB ölkələri institutunun direktor müavini, ermənipərəst politoloq Vladimir Yevseyev çıxışında Ermənistanın indiki rəhbərliyinə xəbərdarlıq edib, hazırkı vəziyyətin Ermənistan və qondarma “Dağlıq Qarabağ respublikası”nın ordusu üçün əlverişsiz olduğunu, Azərbaycan Silahlı Qüvvələrinin isə hərbi təchizat baxımından üstünlüyünü aşkar şəkildə etiraf etməklə N.Paşinyan hökumətini illər əvvəl müəyyən olunan siyasi kursdan çıxmamağı məsləhət görüb.

Azərbaycanın hərbi potensialı doğrudan da düşməndən xeyli üstündür. Bunu bir çox başqa əcnəbi hərbi ekspertlər və beynəlxalq təşkilatların hesabatları da təsdiqləyir. Ancaq rusiyalı analitik bu reallıqdan çıxış edərək, İrəvanı sülhə çağırmaq əvəzinə, Rusiyaya daha sadiq olmağa səsləyir, ona hədə gəlir. Yəni anlatmaq istəyir ki, iki ölkə arasında 30 ildən çox davam edən qanlı toqquşma, insan ölümləri Rusiyadan ötrü ikinci plandadır. Əsas Kremlin regiondakı geosiyasi maraqlarının zərər görməməsidir - qonşu xalqlar məhrumiyyətlər və faciələr yaşasa da...

*****

Rusiyalı ekspertin fikirlərini şərh edən ehtiyatda olan general-leytenant Çingiz Məmmədov bu məqama xüsusi diqqət cəlb edib: “Onun çıxışının əsas məğzi məhz Ermənistan hakimiyyətinin Rusiyanın təsir dairəsindən uzaqlaşmaq cəhdlərinin bu ölkə üçün olduqca təhlükəli olduğunu anlatmaqdır. Eyni zamanda, Ermənistan rəhbərliyi anlamalıdır ki, Azərbaycan Ordusunun silahlanmasında olan ”Polonez", “LORA” və bu günədək nümayiş etdirilməyən digər silahlar Ermənistanın ərazisində istənilən obyektləri məhv etməyə qadirdir".

Azərbaycanlı generalın sözlərinə görə, bu səbəbdən İrəvan mövcud reallığı dərk etməli, müharibə ritorikasından əl çəkməli və münaqişənin həllində konstruktivlik nümayiş etdirməlidir. “Əks halda, Ermənistan Azərbaycan ordusunun gücünü hiss edəcək”, - deyə o, əlavə edib.

Təəssüf ki, erməni tərəfinin konstruktiv olmasına əsas əngəl yenə məhz Rusiya olaraq qalır. Aydın məsələdir ki, Rusiyaya güvəni olmayan Ermənistanreallığın dərkinə gəlməli olacaq.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.12.2018
Mariya Zaxarova: "Sergey Lavrov Bakıda Qarabağ münaqişəsini müzakirə edəcək"
13.12.2018
Paşinyan adamını Moskvaya göndərdi: Saakyanı devirir
13.12.2018
Cəbhədə atəşkəs yenidən pozuldu
11.12.2018
XİN: Danimarka şirkəti Dağlıq Qarabağda heç bir iqtisadi fəaliyyətlə məşğul deyil
11.12.2018
Ermənilər Rusiyadan uzaqlaşmağa səs verdilər - Qarabağda müharibə yaxınlaşır?