Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6141

Digər sorğular

Sağlamlıq imkanları məhdud uşaqları olan 100-dək ailə üçün kiçik təsərrüfatlar yaradılıb

17:53  |    04 Dekabr 2018  |   E-mail  |  Çapa göndər


Bunun üçün özünüməşğulluq proqramı çərçivəsində onlara zəruri mal və materiallar verilib

Sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların ailələrinin dəstəklənməsi tədbirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan özünüməşğulluq proqramı çərçivəsində də davam etdirilir.

Belə ki, proqrama cəlb olunmaq üçün müraciət edənlər arasında digər həssas qruplara (əlilliyi olanlar, şəhid ailəsi üzvləri, məcburi köçkünlər və b.) aid vətəndaşlarla yanaşı, sağlamlıq imkanları məhdud uşaqları olan valideynlərə də üstünlük verilir. 2018-ci ildə proqrama cəlb olunanlardan bir hissəsini də məhz bu kateqoriyalardan olan şəxslər təşkil edib.

Digər proqram iştirakçıları kimi onların da proqram çərçivəsində mal və materiallarla təminatı həyata keçirilir. Proqrama cəlb olunmuş və sağlamlıq imkanları məhdud uşaqları olan 100-dək ailənin verilmiş mal və materiallar hesabına kiçik təsərrüfatları yaradılıb. Bu proses davam edir və ilin sonunadək daha bir qrup belə ailənin özünüməşğulluq proqramı üzrə mal və materiallarla təmin edilməsi nəzərdə tutulur.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.02.2019
"Arzu edirəm ki, belə görüşlər davamlı olsun" - Qarabağ Qaziləri İB-nin sədri Asəf Əliyev
19.02.2019
Nazir şəhid ailələri, qazilər və veteranlarla görüşdü - FOTOLAR
18.02.2019
Sahil Babayevdən pensiya artımı ilə bağlı - Açıqlama
18.02.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Uğur-2018” Milli Mükafatına layiq görülüb
18.02.2019
Əlilliyin müəyyən olunması meyarları dəyişdirilir