Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6009

Digər sorğular

“G20” sammitinin maraqlı məqamları - VİDEO

20:44  |    01 Dekabr 2018  |   E-mail  |  Çapa göndər


Argentinanın paytaxtı Buenos Ayresdə keçirilən “G20” sammiti maraqlı hadisələrlə yadda qalıb.

REAL-ın məlumatına görə, sammitin ilk sürprizi Almaniya kansleri Angela Merkelin təyyarəsində yaranmış nasazlıqla bağlı olub.

Vəziyyətlə əlaqədar Merkel sammitə gecikib.

Lakin Merkelin artıq Buenos Ayresə gəldiyi bildirilir.

Fransa prezidenti Emmanuel Makron və onun xanımı Brijiti isə Buenos Ayresdə rəsmi şəkildə qarşılayan olmayıb.

Cütlüyü anlaşılmazlıq səbəbilə yalnız işçi formasında olan aeroport əməkdaşı qarşılayıb, lakin onlar havaa limanıı tərk etmək üçün maşına minən anda Argentinanın vitse-prezidenti Qabriela Miketti özünü hava limanına çatdırıb və qonaqları salamlayıb.

Yerli KİV yazır ki, hadisə ilə bağlı şəkillər və zarafatlar dərhal sosial şəbəkələrə yayılıb.

ABŞ Prezidenti Donald Tramp argentinalı həmkarı Maurisio Makri ilə Buenos-Ayresdəki Prezident İqamətgahında jurnalistlərlə qısa görüş zamanı sinxron tərcümədən narazı qalıb.

Makri nitqini qurtaranda D.Tramp əlindəki sinxron tərcümə cihazını yerə atıb və həmkarına xitabən “Sizin dediyinizi bununla yox, elə öz dilində daha yaxşı başa düşdüm. Amma hər şey qaydasındadır" deyib.

“G20” ailə fotosu zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşməyib.

Şahzadə ilə Rusiya prezidenti Vladimir Putinin istiqanlı görüşü isə diqqət çəkən məqamlardandır.

Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
11.12.2018
Türkiyədən ABŞ-a qəti xəbərdarlıq: Hərəkətə keçəcəyik!
03.12.2018
Zabit Səmədov: "Demək olar ki, döyüşü sol əlsiz keçirmişəm"
03.12.2018
Buzovna-Mərdəkan-Qala avtomobil yolunun tikintisinə 5,6 milyon manat ayrılıb
27.11.2018
Milli Qəhrəmanlar məcburi köçkün şagirdlərlə GÖRÜŞDÜ - FOTO
26.11.2018
Sosial şəbəkələrdə SOCAR-a qarşı təxribat