Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6009

Digər sorğular

İran-Azərbaycan sərhədində atışma olub, 1 nəfər tutulub – Elçin Quliyev hadisə yerində

17:04  |    30 Noyabr 2018  |   E-mail  |  Çapa göndər


Dövlət Sərhəd Xidməti tərəfin­dən dövlət sərhədinin mühafizəsinin təmin edilməsi sahəsində əmə­­liyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir.

DSX-dən Trend-ə verilən məlumata görə, 2018-ci ilin 29 noyabr tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Göytəpə” sərhəd dəstəsinin xid­məti ərazi­sində dövlət sərhədinin silahlı şəxslər tərəfindən po­zulmasına hazırlıq barədə daxil olmuş əməliyyat məlumatı əsa­sında həmin istiqamətdəki sərhəd zas­ta­va­larının xidməti güclən­dirilmiş, zəruri qabaqlayıcı tədbirlər görül­müş­dür.

Saat 19:10 radələrində Cəlilabad rayonu­nun Edişə kəndi ya­xın­lığındakı sərhəd zas­tavasının xidməti sa­həsində dövlət sərhə­dinin pozulması barədə daxil olmuş məlumat əsasında sərhəd zastavası “Silaha” komandasına qaldı­rı­laraq hadisə yerinə hərəkət etmiş, nəzarət-iz zolağında İran İslam Respublikasından Azər­baycan Respublikası istiqamətində ayaq iz­ləri aşkar olunmuşdur.

Sərhəd pozucularının aşkarlanması və yaxalanması məqsədi­lə əlavə qüvvələr cəlb olun­maqla və xü­su­si texniki vasitələrin imkanlarından istifadə edilməklə təxirəsalınmaz sər­­­­həd axtarışı tədbirləri həyata keçirilmiş, sərhədyanı yaşayış mən­­­­tə­qə­ləri istiqamətində yollar sərhəd naryadları tərəfindən qa­pa­­dılmış, qarşılıqlı əlaqədə olan hüquq-mühafizə orqanları məlu­mat­­­landırıl­mışdır.

Saat 21:25 radələrində sərhəd axtarışında olan sərhəd nar­yadı tərəfindən dövlət sərhədində qaraltı müşahidə edilmiş, həmin istiqamətdə 2 nəfər naməlum şəxsin qaçmasını aşkar etmişdir. Sərhəd naryadının “Dayan” komandasına tabe olmayan sərhəd pozucuları tərəfindən sərhədçilərə qarşı avto­mat silahdan atəş açılmış, cavab atəşi ilə sərhəd pozucularından biri sərrast atəşlə ayağından yaralanaraq hadisə yerində tutulmuşdur. Digər sər­həd pozucusu hadisə yerindən qaçmağa müvəffəq olmuş­dur. Hadisə yerində 1 ədəd 7,62 mm çaplı AKM-74 markalı silah, 1 ədəd gecəgörmə cihazı, 1 ədəd mobil telefon aşkar olunmuşdur. Silahlı müqavimət zamanı sərhəd naryadına qarşı 20-dən yuxarı güllə atılmış, güllələrdən biri xidməti avtomobilə dəymiş, sərhədçilər arasında yaralanan və xəsarət alan olmamışdır.

Yaralanmış sərhəd pozucusu Cəlilabad rayonunun mərkəzi xəstəxanasına təxliyə edilmiş və ona təcili tibbi yardım göstəril­mişdir. Araşdırma zamanı saxlanılmış şəxsin 1976-cı il təvəllüdlü Nəsiri Şəhzad Şekar olması müəyyən edilmişdir. Ş.Nəsiri 20.09.2007-ci ildə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tə­rə­findən sərhəd pozucusu qismində tutulmuş, narkotik qa­çaq­malçılığı ilə əlaqədar törətdiyi cinayətlərə görə Azərbaycan Res­publikasında azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, 06.04.2014-cü ildə Ədliyyə Nazirliyinin Peniten­siar Xidməti tərəfindən “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində İran İslam Respublikasının müvafiq dövlət orqanlarına təhvil verilmişdir.

Ş Nəsirinin 2018-ci ilin 21 iyun tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti sahəsində silahlı cinayətkar dəstə tərəfindən dövlət sər­hə­dinin pozulmasının qarşısı alınarkən sərhəd naryadına qarşı si­lahlı müqavimət göstərməklə çavuş Kurupov Ramazan Məmməd oğ­lunu yaralamış şəxs olması da müəyyən edil­mişdir.

30 noyabr tarixində Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev hadisə yerində olmuş, çətin relyef və ağır hava şəraitində dövlət sərhədinin etibarlı mühafizəsini təmin etmiş sərhədçilərə minnətdarlığını bildirmiş, silahlı sərhəd pozu­cularının aşkar edilərək zərərsizləşdiril­mə­sində fərqlənmiş hərbi qulluqçuları təltifləndirmişdir.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
12.12.2018
Baş nazirin işdən çıxarılan müavini intihar etdi
11.12.2018
"Əbədi məşəl" abidəsində akrobatik hərəkətlər edən gənclə bağlı polisə müraciət olunacaq (VİDEO)
11.12.2018
Bakıda kişi arvadını 5-ci mərtəbədən ataraq öldürüb
10.12.2018
Bakıda spirtli içki qəbul edən Türkiyə vətəndaşı gecə klubunun qarşısında öldü
09.12.2018
“Moskva” univermağında yanğın olub