Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6009

Digər sorğular

30 aztəminatlı ailə kiçik təsərrüfatlarını qurmaq üçün mal və materiallarla təmin olundu

18:29  |    24 Noyabr 2018  |   E-mail  |  Çapa göndər


Cari ildə özünüməşğulluq proqramı çərçivəsində həmin rayonlarda
artıq 200-dək kiçik ailə təsərrüfatı qurulub

Qaziler.az bildirir ki, respublikamızın bütün bölgələrində olduğu kimi, Masallı və Cəlilabad rayonlarında da özünüməşğulluq proqramının icrası işləri uğurla davam etdirilir. Bu gün həmin rayonlar üzrə daha 30 nəfər işsiz və işaxtaran şəxs əsasən kənd təsərrüfatı üzrə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün mal və materiallarla təmin ediliblər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamının icrası olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan özünüməşğulluq proqramı Masallı və Cəlilabad rayonlarında da aztəminatlı ailələrin sosial yardım proqramından asılılığının aradan qalxmasına, onların kiçik sahibkarlığa çıxışına imkan yaradıb. 2018-ci ildə bu iki rayon üzrə 285 (o cümlədən Masallıda 155, Cəlilabadda 130) ailənin proqram çərçivəsində kiçik ailə təsərrüfatlarının yaradılması nəzərdə tutulub. Onlardan artıq 200-dək ailəyə mal və materiallar verilib, digər proqram iştirakçılarına da aktivlərin verilməsi prosesi davam edir.

Mal və materiallarla təmin edilən insanlar işsiz və işaxtaran vətəndaşların özünüməşğulluq fəaliyyətini qurmaları, aztəminatlı ailələrin kiçik bizneslərini yaratmaları üçün göstərilən dəstəyə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, cari ildə özünüməşğulluq proqramı çərçivəsində verilmiş mal və materiallar hesabına yaradılan kiçik ailə təsərrüfatlarının sayı artıq 1650-yə çatıb.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.12.2018
Daha 1115 şəhidin vərəsəsinə birdəfəlik ödəmə qərarı verildi
12.12.2018
Nazirliyin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
12.12.2018
Dövlət Məşğulluq Xidməti bu il 52 rayon və şəhərdə dəyirmi masalar keçirib
11.12.2018
Nazirlikdə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin missiya direktoru ilə görüş olub
07.12.2018
330 məcburi köçkün üçün kiçik ailə təsərrüfatı yaradılıb