Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6009

Digər sorğular

Qənirə Paşayeva MM-də seçicilərin bir sıra problemlərini qaldırıb

20:04  |    13 Noyabr 2018  |   E-mail  |  Çapa göndər


Millət vəkili Q.Paşayeva MM-də 2019-cu il büdcə müzakirələri zamanı seçicilərin bir sıra problemlərini qaldırıb, təkliflərini səsləndirib və onların həlli istiqamətində hökumətə çağırışlar edib

Millət vəkili Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən plenar iclasında 2019-cu il büdcə müzakirələri ilə bağlı çıxışında 2019-cu il dövlət büdcəsi haqqında layihəni dəstəklədiyini bildirib və bu büdcə layihəsinin ölkəmizin inkişafına və insanlarımızın həyat şəraitinin yaxşılaşmasına öz müsbət töhfələrini verəcəyinə inandığını deyib.

Millət vəkili Q.Paşayeva Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin cənab Prezident İ.Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti M.Əliyevanın dəstəyilə həyata keçirməyə başladığı bir sıra layihələr, proqramlar və islahatların, fəalyyətə başlayacaq “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” – DOST xidmətinin yaradılmasının özəlliklə əhalinin aztəminatlı təbəqəsinin, əlillərin, işsizlərin həyatında daha da müsbət dəyişiklərə təkan olacağına deyib: “Təbii ki biz bu istiqamətdə görülən bütün işləri dəstəkləyirik və insanlarımızın, bizə müraciət edən seçicilərin bu istiqamətdə qaldırdığı bəzi məsələlərin də büdcə layihəsində nəzərə alınmasını hökumətdən, müvafiq qurumlardan xahiş edirik.”

Millət vəkili Q.Paşayeva 1-ci qrup əlillərin üzləşdiyi problemlər, çətinliklər barədə danışaraq hökuməti 1-ci qrup əlillərə verilən müavinətlərin və təqaüdün artırılmasına çağırıb: “Məlum olduğu kimi, 1-ci qrup uşaqlıqdan əlillərə, eləcə də 1-ci qrup əmək stajı olmayan ümumi səbəbdən əlillərə verilən müavinətin məbləği aşağıdır və əlillərin aldığı vəsait onların ehtiyaclarını qarşılaya bilmir. Ona görə də yaxşı olardı ki, 1-ci qrup əlillərə verilən müavinət və təqaüd birlikdə qaldırılsın. 1-ci qrup əlillər ağır xəstəliklərdən əziyyət çəkən insanlardır, iş imkanları yoxdur. Bütün bunları nəzərə alaraq 1-ci qrup əlillərə verilən müavinətlərin artırılmasına ciddi ehtiyac var. 1-ci qrup əlillərin vəziyyəti doğurdan da çətindir və hökumətdən xahiş edirik ki, onların müavinətlərinin artırılması məsələsinə baxsınlar və həllinə kömək etsinlər”.

Millət vəkili Q.Paşayeva fiziki imkanları məhdud on cəkkiz yaşına çatmayan əlil uşaqların aldığı müavinətin də aşağı olması barədə danışıb və onun qaldırılmasının vacibliyini vurğulayıb. “Bu uşaqların ehtiyaclarını, sağlamlığı, təhsili, təlimi və s. istiqamətlərı də nəzərə alsaq ailələrin üzərinə düşən çətinlikləri görə bilərik. Onların gündəlik ehtiyacları ilə yanaşı, dərmanlarının alınması, müalicəsi və s. kimi ehtiyacları böyükdür və aldıqları müavinət onları qarşılamaq üçün çox azdır. Ailələrin bu məsələ ilə üzləşdiyi çətinlikləri nəzərə alaraq bu müavinətlərin artırılmasına böyük ehtiyac var. ”

Millət vəkili Q.Paşayeva insanlarımızın, seçicilərin təhsil sahəsində qaldırdığı bir sıra məsələlərə də toxunub. Millət vəkili Q.Paşayeva ail təhsil məktəblərinə ödənişli əsaslarla daxil olan 1-ci kurs tələbələrindən illik təhsil haqqının öncədən tamamilə ödənilməsinin tələb edilməsinin doğru olmadığını hesab etdiyini deyib, çünki bu, ailəsinin maddi vəziyyəti çətin olan bəzi tələbələrin öz təhsilindən imtina etməsinə səbəb olur. Ona görə də yaxşı olardı ki, təhsil haqqı hissə-hissə ödənilsin. “Təhsil kreditləri məsələsinin bütün ali təhsil müəssisələrini əhatə edəcək şəkildə geniş formada öz həllini tapmasına böyük ehtiyac var, maddi imkanlar üzündən ali təhsilini buraxmaq məcburiyyətində qalan və belə bir çıxılmaz vəziyyətlə üzləşən gənclərin sayı artır”, deyən millət vəkili bildirib ki, çoxlu sayda ali təhsil alan gənclər millət vəkillərinə müraciət edərək ödəniş haqlarını ödəməkdə çətinlik çəkdiklərini və ali təhsili yarımçıq qoymaq məcburiyyətində qaldıqlarını deyirlər. Millət vəkili Q.Paşayeva deyib ki, özəlliklə bu problem kənd rayonlarında çox ciddidir,ona gförə də təhsil kreditləri məsələsi bütün ali məktəbləri əhatə edəcək şəkildə ciddi genişlənməlidir. Millət vəkili Q.Paşayeva bildirib ki, bu gün gənclərin və gənc ailələrin ən böyük problemlərindən biri mənzil problemidir və ipoteka kreditləri,o cümlədən cənab Prezidentin sosial evlərlə bağlı imzaladığı sənədlər və tapşırıqlar çox önəmli bir məsələdir və inanırıq ki, bu istiqamətdə işlər müvafiq qurumlar tərəfindən sürətlə aparılacaq, çünki buna böyük ehtiyac var: “Mən ipotekadan yararlana bilməyən müəllimlər barədə danışmaq istəyirəm. Gələcəyimiz olan gənc nəsilləri yetişdirən müəllimlərin mənzil problemlərini həll edə bilmək üçün güzəştli ipotekadan və sosial evlər layihəsindən istifadə edə bilməsi çox vacib məsələdir. Amma bu gün orta məktəb müəllimləri ipotekadan yararlanaraq öz mənzil problemlərini həll edə bilmirlər. Özəlliklə orta məktəb müəllimləri ipoteka üçün müraciət edəndə onların əmək haqlarının ipotekanın ödənişi üçün lazım olan standartlardan aşağı olması əsas gətirilir və onların əksəriyyəti bu sistemdən yararlana bilmirlər. Ona görə də orta məktəb müəllimlərinin sosial ipotekadan lazımi səviyyədə öz mənzil probleminin həlli istiqamətində yararlana bilməsi üçün mexanizmlərə ehtiyac var və hökumətimizi gələn ilin büdcəsində bu məsələni həll etməyə çağırırıq. Müəllimlərin də ipotekadan güzəştli yararlanan kateqoriyaya daxil edilməsi və sosial evlər layihəsindən yararlana bilməsi çox vacibdir. Mən xahiş edirəm ki, bu məsələyə yaxın günlərdə baxılsın və orta məktəb müəllimləri də güzəştli kateqoriyaya daxil edilsin və sosial layihələrdən yararlana bilsin. Gələcəyimiz olan gəncləri müəllimlər yetişdirir və ona görə də hökimətimizdən qısa zamanda bu məsələyə baxmasını və müsbət həll olunmasını xahiş edir və buna çağırırıq”. Millət vəkili Q.Paşayeva ön cəbhə rayonlarından olan Tovuzda bir sıra kənd məktəblərinin ağır vəziyyətdə olduğunu diqqətə çatdırıb və həmin məktəblərin əsaslı təmiri və ya yenisinin tikilməsinə dəstək göstərilməsini xahiş edib: "Elə kəndlərimiz var ki, 5 min, 6 min, 7 min əhalisi və bir məktəbi var, həmin məktəbin vəziyyəti də çox ağırdır, ciddi təmirə ehtiyacı var. Aidiyyəti qurumları Tovuzda acınacıqlı vəziyyətdə olan məktəblərin əsaslı təmirinə və ya yenisinin inşasına dəstək göstərilməsini xahiş edirəm." Millət vəkili Qənirə Paşayeva “2019-cu il büdcəsində icbari tibbi sığortanın tətbiqinə ayrılan vəsaitin artırılmasından məmnuniyyət duyuruq, çünki bütün ölkə ərazisində tezliklə tibbi sığortanın tətbiqinin həyata keçirilməyə başlanması ən vacib məsələlərdən biridir” deyib. Millət vəkili Qənirə Paşayeva anadangəlmə eşitmə qüsurlu uşaqların koxlyar implant əməliyyatının dövlət tərəfindən pulsuz həyata keçirilməsi təklifi ilə çıxış edib: “Hər il ölkəmizdə dünyaya gələn uşaqlar arasında onlarla eşitmə qabiliyyəti qüsurlu balalarımız var və biz bu cür ailələrə dəstək göstərməklə hər il onlarla gəncimizin həyatını və gələcəyini xilas etmiş olarıq” deyib.

Millət vəkili Q.Paşayeva autizmli xəstələrin problemlərini də qaldırıb və bu sahədə həmin uşaqlara, ailələrə dəstək göstərilməsi üçün proqramlara və həmin proqramların həyata keçməsi üçün büdcədən vəsait ayrılmasına ehtiyac olduğunu deyib. Tariximizi və mədəniyyətimizi qorumaq, ona sahib çıxmaq və gənc nəsillərimizə çatdırmaq vacibdir deyən millət vəkili Q.Paşayeva Tovuz rayonunda bəzi tarixi-mədəni abidələrin ağır vəziyyətdə olduğunu və əgər qısa zamanda təmir-bərpa işləri aparılmazsa, onların gələcəkdə restavrasiya edilməsinin mümkünsüz olacağını vurğulayıb və acınacaqlı vəziyyətdə olan tarixi-mədəni abidələrin bərpası və təmiri işlərinə vəsaitin ayrılmasını və bu istiqamətdə işlərin qısa zamanda görülməsini aidiyyəti qurumlardan xahiş edib.

Millət vəkili Q.Paşayeva MM-in Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin çoxuşaqlı ailələrə müavinətlərin artırılması ilə bağlı təklifini dəstəklədiyini deyib və çoxuşaqlı ailələrə müavinətin artırılmasının vacibliyini vurğulayaraq bu istiqamətdə hökuməti müvafiq addımlar görməyə çağırıb.

Millət vəkili Q.Paşayeva ölkəmizin Birinci vitse-prezidenti M.Əliyevanın rəhbərliyi altında məişət zorakılığı ilə mübarizədə çox mühüm işlərin görüldüyünü bildirib və bu istiqamətdə ən vacib məsələlərdən birinin məişət zorakılığı qurbanları ilə bağlı qaynar xəttin yaradılması olduğunu qeyd edib. Millət vəkili Q.Paşayeva bu istiqamətdə işlərin aparılması üçün aidiyyəti qurumlardan vəsaitin ayrılmasını xahiş edib və Ailə, qadın və uşaq məsələləri üzrə Dövlət Komitəsinin və MM-in bu sahə ilə məşğul olan komitəsinin məişət zorakılığı ilə mübarizədə irəli sürdüyü təklifləri dəstəkləyirik deyib. Məişət zorakılığı qurbanları ilə bağlı qaynar xəttin yaradılması məişət zorakılığı ilə mübarizədə ən vacib və effektiv mübarizə vasitələrdən biri olduğunu qeyd edən millət vəkili Q.Paşayeva bu məsələyə diqqət göstərilməlidir və bu istiqamətdə işlərin aparılması üçün maliyyə vəsaitlərinin ayrılması üçün aidiyyəti qurumlara çağırış edib.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.12.2018
Müdafiə naziri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşüb
13.12.2018
Etimad Əsədovun büstü hazırlanır - FOTO
13.12.2018
Şəhid ailələrinə, 20 Yanvar və Qarabağ əlillərinə mənzillər verildi - FOTOLAR
13.12.2018
İlham Əliyev icra başçısını işdən çıxartdı
13.12.2018
Növbəti üç günün hava proqnozu açıqlanıb